kanal1

Bakı Beynəlxalq Avtovağzal Kompleksi təhlükədə… Şüşə örtük çökə bilər – Foto

Tarix:17-03-2025, 12:32
Baxış Sayı:0


2009-cu ildən istifadəyə verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin binasında təhlükəli vəziyyət yaranıb. Binanın fasadında artıq çatlar gözə dəyir.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Feysbuk sosial şəbəkəsində Bakının memarlıq nümunlərindəki problemləri gündəmə gətirən “save.baku” səhifəsi paylaşıb. İncəsənət xadimləri tərəfindən işlədilən səhifə qeyd edir ki, bu gün kompleksin həm vizual, həm də texniki vəziyyəti narahatedicidi:

“Kompleks 2009-cu ildə istifadəyə verilib. Müasir şəhər memarlığı abidəsinin layihəsinin müəllifləri memarlar Cahangir Rifaət oğlu Axundov (15.04.1956) və Kamal Ağapaşa oğlu Musaxanovdur (24.07.1956).
Şəkillər 15 ildən çoxdur çəkilib. Təəssüf ki, bu gün kompleksin həm vizual, həm də texniki vəziyyəti narahatedicidir. Layihənin əsas məqamı kanatlı konstruksiyalar, o cümlədən binanın enli konsol hissəsini, nəhəng şüşə örtüyünü və orijinal keçidi tutanlar – uzun müddət texniki baxışdan keçirilmir. Binanın icarədarı olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi çox nadir hallarda binaya texniki qulluq göstərir. Rəsmilər başa düşmürlər ki, əgər kanatlı konstruksiyalar vaxtında bərkidilməsə və yağlanmasa, o zaman binanın əsas konstruktiv plitəsində əyilmələr və deformasiyalar mümkündür. Belə bir vəziyyət şüşə örtüyünün çökməsinə (pastlanmasına), binanın fasadlarında çatlara səbəb ola bilər – bu artıq baş verir.

Təəssüf ki, uzun illər əvvəl «Memarlıq fəaliyyəti haqqında» qanunun qəbul edilməsinə baxmayaraq, layihə müəllifləri bu vəziyyətdə tamamilə acizdirlər və binanın eksteryerində və interyerində çoxsaylı dəyişikliklərə qarşı çıxa bilmirlər. Bu, ölkədə çalışan bütün memarların ümumi problemidir”.(Tribunainfo.az)

Qarşı tərəfi dinləməyə hazırıq.



ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam