Ulularımız bir-birinə ən gözəl duyğularını ifadə etmək üçün alqışlardan istifadə ediblər: "Sucan ömrün olsun", Su kimi duru olasan", "Su kimi paka çıxasan", "Su qədər əziz olasan",və s.
Doğrudan da, bu xeyir-duanın hər zaman üstümüzdə olmasından bir yüngüllük duymuşuq.Elə hesab etmişik ki, məhz həmin xoşniyyətli arzular,alqışlar bizləri zaman-zaman qada-bəladan qoruyub, səfərə çıxanların, müəyyən bir iş dalınca yollananların uğur tapması üçün vəsilə olub. Hər halda, xalq inanclarının həyatımızdakı rolu əvəzsizdir və bu danılmaz həqiqəti hər birimiz təsdiqləyə bilərik.
Fəaliyyəti "Su qədər əziz olasan"-alqışına layiq olan mütəxəssislərdən biri də
Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin müdiri Alı Cəlal oğlu Hüseynovdur.
Alı Hüseynov
fəaliyyətində paklığa üstünlük verən rəhbər işçilərdəndir. Bunu Alı müəllimin KİV-lə təmasa meylli olması, onlardan heç bir zaman qaçmaması da təsdiq edir. Onun haqqında yazılmış məqalələrin,qazet və jurnallara verdiyi müsahibələrin, özünün mətbuatda çıxışlarına diqqət yetirsək açıq aydınlığa görərik ki, Alı Hüseynov təkcə öz sahəsində deyil, ölkənin ictimai-siyasi,sosial-iqtisadi həyatında baş verən bütün əhəmiyyətli hadisələrə münasibət bildirən fəal vətəndaşlıq mövqeyinə malik ziyalıdır.
O, Vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır. Hər zaman bir çox həmkarlarından sadəliyi, xeyirxahlığı ilə seçilən Alı müəllimin sözünün əvvəli-axırı insandır, insanın sadəliyi,vətənpərvərliyidir. Bütün insanlar yaxşı əməl sahibi,xeyirxah olsaydı faciələr törənməz ,qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Alı müəllim. Yaxşı insan və xeyirxah əməl ölməzdir.
Alı Hüseynov nəinki bütün işçi kollektivinin, onu tanıyan,müraciət edən hər kəsin hər zaman sözünü səbrlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir, hər zaman şəhid ailələrinə, qazilərə, veteranlara qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir.
Bəli, şəhid ailələrinə, qazilərə, veteranlara doğma insanı kimi münasibət bəsləyən Alı Hüseynov onların hər birinə qayğı ilə yanaşır, səmimi rəftar edir.
Onun insanlarla səmimi münasibəti əsil ziyalılıqdan xəbər verir.
Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin bütün zəhmətsevər əməkdaşları Alı Hüseynovun rəhbərliyi altında fəaliyyətlərində əzmlə çalışırlar.
Biz də İctimailider.az olaraq başda olmaqla hər birini Ramazan ayı və qarşıdan gələn Novruz Bahar bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinə ayrı-ayrılıqda sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyətlərində əzmkarlıqlarını daima qorumaqlarını arzu edirəm.
İşləriniz su kimi pak və axarlı olsun, Alı müəllim.