kanal1

“Evrohome“da sahibkarlardan məcburi toplanan “kommunal vergi“ – Möhnətov yığdığı pulları vergidən necə yayındırır İDDİA

Tarix:Bu gün, 13:57
Baxış Sayı:0


Azərbaycanda fəaliyyət göstərən bəzi biznes subyektlərinin vergidən yayınmaları, müxtəlif maliyyə maxinasiyaları etmələri barədə dəfələrlə ölkə mediasında məlumatlar tirajlanıb. Son illər ölkədə vergi hüquqpozmalarına qarşı tətbiq edilən məsuliyyət tədbirləri daha da sərtləşdirildiyinə görə bu sahədə olan neqativ halların aradan qalxmasına xeyli təsir edib. Lakin atılan maarifləndirici və hüquqi tədbirlərə baxmayaraq, hələ də dövlət büdcəsindən külli miqdarda vergi yayındıran müəssisələr, iş adamları var.
Dövlət büdcəsindən külli-miqdarda vəsait yayındıran biznes subyektlərindən biri də Xırdalan dairəsinin yaxınlığında fəaliyyət göstərən “Evrohome” İnşaat Malları bazarıdır.
“Evrohome” bazarında bəzi adlar altında mağaza icarədarlarından yığılan vəsaitlər qanuniləşdirilmir.

Belə ki, bazar rəhbərliyi tərəfindən mağaza icarədarlarından hər ay yığılan “kommunal vergi” bütünlüklə dövlət vergisindən yayındırılır.
Bazar rəhbərliyi tərəfindən mağazalara sahələrinə görə müəyyənləşdirilən kommunal vergilər ortalama 50-70 manat civarındadır.
“Evrohome” bazarında hazırda təxminən irili-xırdalı 240 mağaza var.

Hər ay bazarın mühasibatlığının işçiləri tərəfindən mağaza icarədarlarından zorla toplanan bu vəsaitlərin ümümu məbləği 10-15 min manat arasındadır.
Mağaza icarədarlarından kommunal vergi adı altında hər ay alınan pullar üçün heç bir qəbz verilmir.
Bazarda rəhbərlik tərəfindən “kommunal vergi”nin hansı kriteriyalara görə hesablandığı isə məlum deyil.
Qeyd edək ki, “Evrohome” bazarı m.şhur iş adamı Azay Möhnətova məxsusdur.
Azay Möhnətovun “Evrohome” adı altında Bakının Dərnəgül və “28 may” ərazisində daha iki bazarı var.
Xatırladaq ki, 50 min manatdan yuxarı məbləğdə vergiləri ödəməkdən yayınma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma əməlinə görə vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
AzFakt.com
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

Zelenski: Rusiya ABŞ-nin təklifləri ilə razı olsa, müvafiq addımlar atılacaq
Zelenski: Rusiya ABŞ-nin təklifləri ilə razı olsa, müvafiq addımlar atılacaq
HHQ-nin helikopterləri şərti hava kəşfiyyatı aparıblar
HHQ-nin helikopterləri şərti hava kəşfiyyatı aparıblar
Abşeron təhsilində MALİYYƏ BÖHRANI - MAAŞLARI KİM 'BUDAYIB'?
Abşeron təhsilində MALİYYƏ BÖHRANI - MAAŞLARI KİM 'BUDAYIB'?
Cavid Abdullayevin 100 minlik tender oyunu
Cavid Abdullayevin 100 minlik tender oyunu
“Top Qapı” restoranında nöqsanlar aşkarlandı - Fotolar
“Top Qapı” restoranında nöqsanlar aşkarlandı - Fotolar
“Carlsberg Azerbaijan” şirkətinə iki ayrı maddə ilə protokol yazıldı
“Carlsberg Azerbaijan” şirkətinə iki ayrı maddə ilə protokol yazıldı
“Evrohome“da sahibkarlardan məcburi toplanan “kommunal vergi“ – Möhnətov yığdığı pulları vergidən necə yayındırır İDDİA
“Evrohome“da sahibkarlardan məcburi toplanan “kommunal vergi“ – Möhnətov yığdığı pulları vergidən necə yayındırır İDDİA
Mərkəzi Gömrük Hospitalında həkimlərin MAAŞINA ƏL QOYULUR
Mərkəzi Gömrük Hospitalında həkimlərin MAAŞINA ƏL QOYULUR