kanal1

Mərkəzi Gömrük Hospitalında həkimlərin MAAŞINA ƏL QOYULUR

Tarix:Bu gün, 12:45
Baxış Sayı:0

“İki ildir ki, dövlətin bizə verdiyi maaşı ala bilmirik. Əməkhaqqımız karta yüklənəndən sonra onu qeyri-qanuni olaraq əlimizdən alırlar”.

Bu iddia ilə “Qafqazinfo”ya Mərkəzi Gömrük Hospitalında çalışan həkimlər müraciət ediblər.

Şikayətçilərin sözlərinə görə, 2 il əvvəl rəhbərlik tərəfindən onlara maddi problemlərin olduğu və bu səbəbdən bir müddət maaşlarından tutulacağı bildirilib: “O zaman bizi topladılar və dedilər ki, Dövlət Gömrük Komitəsinin maddi durumu yaxşı deyil, Mərkəzi Gömrük Hospitalına tibbi alətlərin alınması üçün vəsait ayıra bilmir. Bunun üçün də biz həkimlər köməklik göstərməliyik. Dedilər ki, sizin xəstə əməliyyatı və müayinələrdən onsuz da qazancınız olur. Bir müddət sizin gömrükdən əlavə olunan maaşlarınız kartınıza oturduqdan sonra həkim kimi işləyib əldə etdiyiniz qazancdan çıxılacaq. Məsələn, bir həkim ay ərzində 10 əməliyyat edibsə və bütün vergi və xərclər çıxıldıqdan sonra 3 min AZN əməkhaqqısı varsa, gömrükçü dövlət qulluqçusu olduğu üçün də bir o qədər də gömrük maaşı olacaq. Bizə deyirlər ki, siz ancaq həmin o gömrükdən alacağınız pulu alın. Dövlətdən bizə nə qədər maaş, bayram, məzuniyyət pulu gəlirsə, hamısını hesablayıb qazancımızdan çıxırlar”.

Onlar sözügedən problemin bütün həkimləri əhatə etdiyini söyləyiblər: “Bu, Hospitalın qərarı deyil, Gömrük Komitəsi belə qərar verib. Əvvəlcə cəmi 6 ay müddətdə - maddi vəziyyət düzələnə kimi olacağı deyilsə də, artıq illərdir ki, davam edir”.

Şikayətlə bağlı Dövlət Gömrük Komitəsinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Mərkəzi Gömrük Hospitalının əməkdaşlarına əməkhaqqı ödənişləri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bütün həkim heyətinə vəzifə maaşları, məzuniyyət haqları, maddi yardım və mükafatlar vaxtında və tam həcmdə ödənilir”.

Qeyd edək ki, daha əvvəl Dövlət Gömrük Komitəsində işçilərin əməkhaqlarının aylardır ödənilməməsi, həmçinin əməkdaşların məzuniyyət hüquqlarının pozulması kimi hallarla bağlı da məlumatlar yayılmışdı.

Zelenski: Rusiya ABŞ-nin təklifləri ilə razı olsa, müvafiq addımlar atılacaq
Zelenski: Rusiya ABŞ-nin təklifləri ilə razı olsa, müvafiq addımlar atılacaq
HHQ-nin helikopterləri şərti hava kəşfiyyatı aparıblar
HHQ-nin helikopterləri şərti hava kəşfiyyatı aparıblar
Abşeron təhsilində MALİYYƏ BÖHRANI - MAAŞLARI KİM 'BUDAYIB'?
Abşeron təhsilində MALİYYƏ BÖHRANI - MAAŞLARI KİM 'BUDAYIB'?
Cavid Abdullayevin 100 minlik tender oyunu
Cavid Abdullayevin 100 minlik tender oyunu
“Top Qapı” restoranında nöqsanlar aşkarlandı - Fotolar
“Top Qapı” restoranında nöqsanlar aşkarlandı - Fotolar
“Carlsberg Azerbaijan” şirkətinə iki ayrı maddə ilə protokol yazıldı
“Carlsberg Azerbaijan” şirkətinə iki ayrı maddə ilə protokol yazıldı
“Evrohome“da sahibkarlardan məcburi toplanan “kommunal vergi“ – Möhnətov yığdığı pulları vergidən necə yayındırır İDDİA