kanal1

“Karvan 2002”nin satış müdiri 71 min mənimsəyib -Şirkət rəhbəri də dindirildi

Tarix:28-02-2025, 12:41
Baxış Sayı:0


Bakıda məşhur şirkətin külli miqdarda pulunu mənimsəməkdə ittiham edilən şəxsin məhkəməsi keçirilib. Təqsirləndirilən şəxs zərəri ödəmək üçün maşınını və torpağını satıb.

36 yaşlı Kamran Gülməmmədov külli miqdarda mənimsəmədə ittiham edilərək məsuliyyətə cəlb olunub.

O, satış təmsilçisi olaraq çalışdığı “Karvan 2002” MMC-nin 71 min manatını mənimsəməkdə təqsirli bilinib və barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq müddətində onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, MMC qeyri-qida şirkətidir, sabun və yuyucu vasitələrin satışı ilə məşğuldur.

Məhkəmə araşdırması zamanı ifadə verən Kamran deyib ki, 2016-cı ildən şirkətdə çalışıb. Bir il sonra işdən çıxmaq istəyib.

“Bunun səbəbi xərclərin çox olması idi. Öz maşınımla işləyirdim. Benzin pulu olaraq ayda 200 manat verilirdi. Bu da çatmırdı. Sonra məbləği 250 manat etdilər. Özümə 12 min manata maşın aldım. İndi həmin maşını borcumun qarşılığı olaraq şirkətə vermişəm. Mən qeyd edildiyi kimi 71 min manat mənimsəməmişəm. Cəmi 25 min pul götürmüşəm. Onun 4-5 min manatını uşağım üçün xərcləmişəm. 20 min manatı da iş xərclərimə sərf etmişəm. Çünki yol xərci, yemək pulu vermirdilər”, - deyə Kamran ifadəsinə əlavə edib.

O, pulun qalan hisəssinin qarşılığında Qəbələdə olan torpaq sahəsini verib. Şirkətlə Kamran arasında əvvəlcə razılıq olmayıb. Sonradan isə borc qarşılığında razılıq əldə edilib.

MMC-nin direktoru Arzu Ələsgərov Kamran tərəfindən borcun tam olaraq ödənildiyini bildirib.

A.Ələsgərov onu da qeyd edib ki, Kamran şirkətdə aparılan audit yoxlaması zamanı 71 min manatlıq mənimsəməni etiraf edib.

Məhkəmə Kamranın səmimi etirafını, zərərlə bağlı razılıq əldə edilməsini nəzərə alaraq onun barəsində şərti cəza təyin edib.

Hökmə əsasən, onun barəsində 5 il cəza təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəzası 2 il müddətinə şərti hesab edilib. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.(musavat)

İ.Muradov

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL