kanal1

Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmenə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO

Tarix:Bu gün, 15:10
Baxış Sayı:0


"Azərlotereya" ASC-nin Kommersiya və planlaşdırma üzrə Baş rəhbəri Emir Türkmenlə bağlı maraqlı məlumat yayılıb.

32gun.az-ın redaksiyasına daxil olan məlumata görə, sözügedən ASC-nin vəzifəli şəxsi vaxtı ilə (2017) Türkiyədə “Xeyr” (“Hayır”) kampaniyasını dəstəkləyənlərdən olub.

Bununla bağlı qısa bir araşdırma aparmaq qərarına gəldik. Emir Türkmenin sosial şəbəkədəki paylaşımları bəhsi keçən iddianı demək olar ki, təsdiqləyir.

Belə ki, 2017-ci ildə Ərdoğanın qərarına qarşı olanlar "Xeyr" (“Hayır”) kampaniyasına qoşularaq sosial şəbəkədəki hesablarında da "Xeyr" (“Hayır”) sözü yazılmış paylaşımlar edirdi. Elə həmin paylşımlara Emir Türkmen də qoşulub. O "facebook" hesabında profil fotosunu “Hayır” yazısı olan şəkillə dəyişibmiş.

Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verənEmir Türkmənə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO

Bunda əlavə 2019-ci ildə İstanbul Böyük Şəhər Bələdiyyəsi sədri vəzifəsinə keçirilən seçkilərdə əsas namizədlər biri olan Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluna dəstək olub. Seçki nəticələri qəbul edilməyən İmamoğlunun “Hər şey çox gözəl olacaq” şüarını "hashtag"la paylaşıb və öz dəstəyini açıq-aşkar nümayiş etdirib.

Qeyd: Türkiyədə keçirilən referendumlarda "Hayır" kampaniyaları müxtəlif konstitusiya dəyişikliklərinə qarşı aparılan siyasi təbliğat formasıdır. Xüsusilə 2017-ci il referendumunda prezidentlik sisteminə keçidə qarşı çıxan müxalif qüvvələr "Hayır" kampaniyası təşkil etmişdi.

Ərdoğana qarşı müxalifət isə əsasən CHP, İYİ Partiya və digər siyasi qurumlardan ibarətdir. 2023-cü il prezident seçkilərində Kamal Kılıçdaroğlu əsas rəqib kimi çıxış etmişdi. Bundan əlavə, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu da müxalifət düşərgəsində önəmli fiqurlardan biridir.

32gun.az





Əhliman Əmiraslanov rektor olduğu dövrdə saxta həkim-fizioterapevt vəsiqəsi verilib?
Əhliman Əmiraslanov rektor olduğu dövrdə saxta həkim-fizioterapevt vəsiqəsi verilib?
İlham Əliyev və Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış etdilər
İlham Əliyev və Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış etdilər
Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmenə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO
Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmenə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO
Bazar günü imtahan var
Bazar günü imtahan var
Məşhur aktyor və xanımı ölü tapıldı
Məşhur aktyor və xanımı ölü tapıldı
"Referans Klinik" 100 min manat vegi borcunu ödəmir
"Referans Klinik" 100 min manat vegi borcunu ödəmir
Ağdam Rayon Yüzbaşlı kəndi sakinləri prezidentə müraciət etdiyinə görə cəzalandırılır? - ŞOK İDDİA
Ağdam Rayon Yüzbaşlı kəndi sakinləri prezidentə müraciət etdiyinə görə cəzalandırılır? - ŞOK İDDİA
Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!
Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!