kanal1

Ağgöl Milli Parkında brakonyerlik fəaliyyətləri - Himayədar Ceyhun Məhərrəmov, dəstə başçısı Məhəmməd Gəncəliyev

Tarix:19-02-2025, 18:40
Baxış Sayı:0


Yeger Rahim Gəncəliyev brakonyerlik işini oğlu Məhəmməd Gəncəliyevə ötürüb

Ağgöl Milli Parkında brakonyerlik fəaliyyəti nəticəsində qanunsuz balıq ovunun olması barədə ölkə mətbuatında mütəmadı məlumatrlar dərc edilib. Ancaq nədənsə qoruqda baş verənlərlə bağlı aidiyyatı qurumlar susqunluq nümayiş etdiriblər. FİM.AZ-ın əldə etdiyi məlumata görə Ağgöl milli Parkında brakonyerlik fəaliyyəti məşğul olan şəxslər, qoruğun mühafizəsini təşkil edən yegerlərdir. Qoruq rəhbərliyi iləəlbir olan bu yegerlər hər ay Ağgöldən külli miqdarda balıq ovlayaraq Ağcabədi, İmişli,Beyləqan və Zərdab rayonlarında satışı təşkil edirlər.
FİM.AZ-a daxil olan məlumata görə Ağgöl Milli Parkında brakonyerlik fəaliyyəti ilə məşğul olan ən böyük dəstəyə yeger Rahim Gəncəliyevin oğlu Məhəmməd Gəncəliyevə rəhbərlik edir. Bir neçə qrupdan ibarət olan dəstə həftədə 2 dəfə növbəli şəkildə Ağgöldə qanunsuz balıq ovu ilə məşğul olurlar. Saytımıza verilən məlumatda iddia edilir ki, Məhəmməd Gəncəliyev və digər brakonyerlik fəaliyyəti ilə məşğul olan dəstələrə himayədarlığı Ağgöl Miilli Parkının direktoru Xəzər Məhərrəmovun qardaşı oğlu Ceyhun Məhərrəmov edir.

Bir müddət əmisi Xəzər Məhərrəmovun sürücüsü işləyən Ceyhun Məhərrəmov hazırda brakonyerə himayədarlıq etməklə onların şərikidir. Ceyhun Məhərrəmovun atasınında Şərət gölüdeyilən su hövzəsində yeger fəaliyyəti ilə məşğuldur. Mənbə bildirir ki, brakonyerlik fəaliyyəti ilə məşğul olan yegerlər hər ay Ceyhun Məhərrəmova haqq verirlər. Havanın soyuq olması brakonyerlik fəaliyyəti ilə məşğul olan yegerlərin işlərini zəiflətsədə, onlar mart, aprel və may aylarında Ağgöl qoruğundan kütləvi balıq tutmağa başlayacaqlar. Çünki həmin aylar balıqlar kürü tökmək üçün suyun dayaz hissəsinə çıxırlar.
Ümid edirik Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir əvəzi Rəşad İsmayılov

Ağgöl Milli Parkında brakonyerlik fəaliyyəti ilə məşğul olan dəstələrə qarşı mübarizə aparacaq. Hörmətli Rəşad İsmayılovun nəzərinə çatdırırıq ki, Ağgöl Milli Parkının yegerləri Ağcabədi, İmişli və Beyləqan rayonlarında brakonyer kimi tanınırlar. Yəni bu admlar keçmişdə qanunsuz brakonyerlik fəaliyyəti ilə məşğul olublar və daha sonra hansısa vasitələrlə Ağgöl Milli Parkında yeger vəzifəsinə keçiblər.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Mövzuya qayıdacağıq.

Fim.az

Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı