kanal1

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…

Tarix:Dünən, 13:13
Baxış Sayı:0



Namiq Hümmətov və Ramin Abdullayev isə hələ də özlərini "korluğa” və "karlığa” vurmaqdadır

Son dövrlər Abşeron rayonu Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin girişində aparılan tikinti işi yüzlərlə ailənin ciddi etirazına səbəb olub. Buna səbəb Vüar Sədibəyli tərəfindən vətəndaşların parkinq yerinin zəbt edilməsi və həmin ərazidə qanunsuz inşaat işinin aparılmasıdır. Tikinti işinə Ulu öndərin guşəsinə hörmətsizlik etmək – onu ərazidən götürməklə başlayan Vüqar Sədibəyli, ictimai qınaq və narazılığınq arşısını alamq üçün uğursuz cəhdlərə əl atmaqdadır. Bəzi media orqnalarında ərazidə heç bir tikinti işinin aparılmadığı, sadəcə "abadlıq işlərinin” görülməsi ilə bağlı yalan məlumatlar dərc etdirib. Halbuki, ərazidə genişmiqyaslı tikinti işlərinin aparıldığı göz önündədir.

Təəccüb doğuran məqamlardan biri də ondan ibarətdir ki, bütün bu qanunsuzluqalr Abşeron Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeronun baş memarı Kənan Babayev, FHN də tikinti təhlükəsizliyinə nəzarət Agentliyinin sədri Cəbrayıl Xanlarov, FHN-nin tikntiyə nəzarət şöbəsinin rəisi Samir Musayev, Şəhərsalma Arxitektura komitəsinin Sədri Anar Quliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin gözləri qarşısnda baş verir. Bu şəxslərin heç biri qanunsuz tikintinin sökülməsi, bu qanunsuzluğa rəvac verən şxəslərin məsuliyyətə cəlb edilməsi istiqamətində heç bir addım atmır. Ramin Abdullayevin yaxın qohumu və "kassası” olan Tikintiyə Nəzarət Şöbəsinin rəisi Fərid Hüseynov tərəfindən də məlum qanunsuzluqla bağlı heç bir reaksiya sərgilənmir. Bu isə yüzlərlə ailənin haqlı narazılığına və etirazına səbəb olmaqdadır.

Məlumat üçün qeyd edək ki, Vüqar Sədibəyli məlum ərazidə üçmərtəbəli qeyri-yaşayış binası inşa etmək niyyətindədir. Onun əsas himayədarı isə Abdin Fərzəliyev, Namiq Hümmətov və Ramin Abdullayevdir. Xatırladaq ki, Namiq Hümmətov və Ramin Abdullayevin adı həm də xaricə milyonlarla dollar məbləğində vəsait çıxarmaqda və qanunsuz əmlak almaqda hallanır.

Mənbə: Cumhuriyyet.az

Rusiya-Ukrayna savaşını üstələyən ABŞ-Avropa qarşıdurması - “Kollektiv Qərb” anlayışı süqut edir - ŞƏRH
Rusiya-Ukrayna savaşını üstələyən ABŞ-Avropa qarşıdurması - “Kollektiv Qərb” anlayışı süqut edir - ŞƏRH
“Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb”
“Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb”
Avropa Sülh Fondundan Ermənistana yeni tranş
Avropa Sülh Fondundan Ermənistana yeni tranş
Naxçıvanda İNTERNET PROBLEMİ... - Bakıdan 2 dəfə BAHA OLSA DA...
Naxçıvanda İNTERNET PROBLEMİ... - Bakıdan 2 dəfə BAHA OLSA DA...
Seçki günü insident: Gözətçi çılpaq görüntülərə görə direktoru BIÇAQLADI
Seçki günü insident: Gözətçi çılpaq görüntülərə görə direktoru BIÇAQLADI
Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir? - GƏLİŞMƏ
Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir? - GƏLİŞMƏ
Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir - BU NƏDİ BELƏ?..
Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir - BU NƏDİ BELƏ?..
Rusiyada nazir qəzaya uğradı
Rusiyada nazir qəzaya uğradı