kanal1

Bərdədə işıqsız qalan məktəb bağlanıb - başçı və nazirlik mürgüləyir... VIDEO

Tarix:20-02-2025, 12:42
Baxış Sayı:0



Bərdənin 2 saylı orta məktəbində olan şəraitsizlik heç Qəzza zolağındakı hansısa təhsil müəssisəsində belə yoxdur. Yerli sakinlərin verdiyi məlumata görə, prezidentin sərəncamı ilə təmir edilən məktəbin nə işığı, nə istilik sistemi mövcuddur.

Bu mövzuda şəhid anası da dövlət rəhbərliyinə müraciət edib. Deyib ki, şagirdlərin təhsil alması üçün məktəbin işıq və istliklə təmin olunmasına ehtiyac var. Anaxeber.info bildirir ki, söhbət Bərdənin şəhər məktəbindən gedir və bu məsələyə yerli icra hakimiyyəti, regional təhsil idarəsi ciddi şəkildə laqeydlik nümayiş etdirir.

Məktəbin acınacaqlı vəziyyətlə üzləşməsinə heç bir tədbir görməyən icra başçısı Vidadi İsayev və regional təhsil idarəsi rəhbərliyi bu məsələdə susur. Halbuki dövlət vəsaitindən bu məktəbə böyük pullar xərclənib.

Eyni zamanda, Elm və Təhsil Nazirliyinə edilən müraciətlər nəticə vermir. Sakinlər xahiş edirlər ki, onların səsinə səs verilsin və tezliklə məktəbin fəaliyyəti bərpa olunsun. Çünki yüzlərlə şagird təhsildən məhrum olub. Bu da ciddi bir zərbədir. İlin-günün bu vaxtında Bərdənin mərkəzində məktəbin işıqsız və istiliksiz qalmasını yalnız biabırçılıq adlandırmaq olar. Amma vəziyyət o həddə çatıb ki, prezidentdən köməklik istənilir. Hərçənd, bir məktəbin probleminin həlli yerli icra başçısı Vidadi İsayev və təhsilə cavabdeh məmurların tapşırığı əsasında də həll oluna bilərdi. Amma onların biganəliyi sakinləri dövlət başçısına müraciət etməyə məcbur qoyub.



Azər Talıbov

Anaxeber.info

20 gündür axtarılan uşağın meyiti tapıldı
20 gündür axtarılan uşağın meyiti tapıldı
Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
"Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
"Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
“Putinlə Zelenskinin görüşü hazırlanır”
“Putinlə Zelenskinin görüşü hazırlanır”
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir