kanal1

Oğuz meşələrinə ELƏ VALEH OLUB Kİ... - MÜRACİƏT

Tarix:Dünən, 11:30
Baxış Sayı:0



Oğuz şəhəri yeni massiv sakini Əbdülxalıqov Hamil Ələddin oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia.az-a ünvanlanan müraciətdə deyilir:

"Ekologiya və Təbii Sərvətlər nazirliyinin 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz rayonu üzrə mühəndis vəzifəsini icra edən Məmmədov Valeh Yaqub oğlunun son illərdə müxtəlif vəzifələrdə işlədiyi müddətlərdə ETSN-də və Meşələrin İnkişafı Xidmətində vəzifələrdə olan havadarlarının sayəsində törətdiyi ekoloji cinayətlərə və vəzifə səlahiyyətlrindən süi-istifadə etməklə qanunsuz əməllər törətməklə dövlət meşə fonduna indiyədək vurduğu külli miqdarda ziyanların qarşısının alınması üçün Sizlərə müraciət etmək zorunda qalıram. Belə ki, Valeh bu günədək düz-əməlli yazıb oxumağı bacarmadığına görə, heç bir dövlət qeydiyyatından keçməmiş və heç bir lisenziyası olmayan özəl ali məktəbvlərin birində faktiki tələbə olmadan pul müqabilində adını yazdırmaqla saxta hüquqşünas diplomu almışdır. Ancaq həmin diplom saxta olduğuna görə qanunla heç bir yerdə tanınmayıb. Ona görə də bu diplomu 2020-ci ilədək hansı idarə və ya müəsisəyə işə girmək üçün aparıbsa diplom saxta olduğuna görə işə götürməyiblər. Ona görə də Valehi ETSN-də həmyerlisi olan və hazırda da Meşələrin İnkişafı Xidməti rəisi vəzifəsində işləyən Ramik Əşrəfov və ETSN 8 saylı Ekologiya İdarəsinin müdiri olan qardaşı Akif Məmmədovun himayədarlığı sayəsində 5 il ncə 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 09 saylı meşəsinə gözətçi təyin etmişlər. O da qanunsuz olaraq sənaye əhəmiyyətli işlik yararlı müxtəlif cinsli və diametrli kök üstə yaş ağacları kütləvi şəkildə kısdirib ekoloji cinayət törətmişdir. Bu cinayətin qarşısının alınması üçün 15 saylı RMTM-nin əməkdaşları tərəfindən müdaxilə edilən zaman Ramik Əşrəfov və Akif Məmmədov tərəfindən təzyiqlərə məruz qalaraq ya susdurulardı, ya da hər hansı bir bəhanə ilə işdən azad olunurdu. Məslən, 30 aprel 2020-ci ildə 15 saylı RMTM-nin bir qrup əməkdaşları 19 ədəd iri diametrli işlik materialı -200 kub m həcmdə ağacları , yəni, ümumilikdə 45000 manat ziyanlıq hesablanmış ağacları kəsdirib aparıldığı aşkar edilmişdir. Yoxlama komissiyası 9 saylı meşədə Valeh tərəfindən vurulmuş ziyanlıq barədə həmin gün akt tərtib edərək rəhbərliyə vermişlər. Təqdim edilmiş akt 05.05.2020-ci il tarixində 15 saylı RMTM-nin kitabında 126 N ilə qeydə alınıb. Bu yoxlamadan sonra ETSN ə edilmiş şikayət əsasında 07 saylı Ekologiya İdarəsi əməkdaşları V. Məmmədovun gözətçi olmuş 9 saylı meşədə yoxlama təhvili zamanı yenə də müxtəlif cinsli və iri diametrli kök üstə yaş ağacların kütləvi qaydada kəsildiyini aşkar etmişlər. Beləliklə, iki təşkilatın apardığı yoxlama zamanı Valehin meşə fonduna vurduğu ziyanın ümumi məbləği 100 min manata qədər olmuşdur. Və məndə olan dəqiq məlumatlara görə yoxlama zamanı tərtib edilmiş və hesablanmış ziyan məbvləğlərin hesablama cədvəli sonradan saxtakarlıq edilərək dəyişdirilmişdir. Bunlara baxmayaraq Valehin havadarları ilə o 2021-ci ilin əvvəlində yazmaq və oxumağı bacarmadığı nəzərə alınmadan daha yüksək vəzifəyə- Xaçmaz meşəbəylinə təyin edilmişdir. Burada işlədiyi dövrdə bütün akt, protokol, naryad, aylıq və illik hesabatları 15 saylı RMTM-nin əməkdaşları olan Arzu Qocayev və Elşad Qafarov pul müqabilində onun əvəzinə yazmışlar. Bundan sonra isə daha yüksək vəzifə olan Oğuz rayonu üzrə meşə mühəndisi vəzifəsinə təyin edilmişdir. Və eyni zamanda Xaçmaz meşəbəyliyi də ona həvalə edilmişdir. O burada Xaçmaz-qışlaq kənd ərazisindəki bələdiyyə mülkiyyətində olan tarla qoruyucu zolaqdan işlik materialları yayarlı külli-miqdarda yaş ağacları kəsdirib Qəbələdəki ağac emalı sexlərinə satmışdır. Oğuz rayon hüquq-mühafizə orqnları həmin qanunsuzluqları araşdıran zaman bütün ağacların Valehin rəhbərliyilə kəsildiyi müəyyən edilmişdir. Ona görə də Oğuz rayon Prokurorluğunda onun barəsində cinayət işi başlanmış və istintaq aparılmışdır. Bu müddətdə V.Məmmədov vəzifəsindən kənarlaşdırılmışdır. V.Məmmədov ağac kəsməklə Xaçmaz bələdiyyəsinə 44 min manat ziyan vurmuşdur.

2024-cü ilin oktyabrın əvvəlində 15 saylı RMTM-nin direktor müavini Elmdar Mahmudov, Elşad Qafarov və meşə gözətçisi Sərdar Seydəliyev direktorun əmrilə Xaşmaz meşəbəylinin 2 saylı meşə dolayında təhvil –təslim yoxlaması zamanı ərazidə yoxlama dövründən 4-5 ay əvvələ təsadüf edən kütləvi qaydada kəsilmiş ağacları aşkar etmişlər. Və kötüklərin üzərində V.Məmmədova təhkim edilmiş N-102 damğası ilə damğalandığı aşkar edilmişdir. Yoxlama zamanı o da məlum olmuşdur ki, həmin kəsilmiş ağaclaı damğalanması qeydiyyatdan gizlədilmişdir. Buna görə də akt tərtib edilmişdir. Və bu saxta işinə görə V.Məmmədova akt tərtib edilərək 7000 manat cərimə hesablanıb qeydə alınmışdır. Lakin bu cərimə də Valehin havadarları olan R.Əşrəfov və Akif Məmmədovun müdaxiləsindən sonra yenə də gizlədilmişdir. Beləliklə, Valeh Məmmədov işlədiyi son 4 il ərzində dövlət meşə fonduna vurduğu ziyanın məbləği 200 min manata çatır. Bunlar təkcə akt və protokollarda rəsmiləşdirilmiş ziyanlardır.

Heç bir faktiki savada malik olmayan ETSN vəzifəli işçiləri olmuş Akif və Valeh qardaşları yaşadıqları Xaçmaz-qışlaq kəndində vaxtilə meşə ilə örtülü ərazini özlərinə məxsus texnikalarla 10 ha ərazini kürütdürməklə özləri üçün balıq gölü ( təsərüfatı) və mal-qara ferması tikiblər. Hansı ki, həmin ərazilər dövlət meşə fonduna aiddir. Bu qardaşlar eyni zamanda Xaçmaz meşəbəyliyinin 11 saylı meşə dolayı ərazisində meşə ilə örtülü ərazini Oğuz rayonun Mollalı kənd sakini Məmmədov Rauf Qalib oğluna pul müqabilində satıblar. Rauf da həmin meşəliyi traktorla kürüdərək özü üçün təsəsrrüfat yaradıb.

Sizlərdən xahiş edirəm ki, Valeh Məmmədovun diplomunnun saxtalığını və meşə fonduna vurduğu ziyanlıqları gizlədənlər haqqında araşdırmalar apararaq ölçü götürülməsinə göstəriş verəsiniz".

Dia.az

Rusiya-Ukrayna savaşını üstələyən ABŞ-Avropa qarşıdurması - “Kollektiv Qərb” anlayışı süqut edir - ŞƏRH
Rusiya-Ukrayna savaşını üstələyən ABŞ-Avropa qarşıdurması - “Kollektiv Qərb” anlayışı süqut edir - ŞƏRH
“Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb”
“Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb”
Avropa Sülh Fondundan Ermənistana yeni tranş
Avropa Sülh Fondundan Ermənistana yeni tranş
Naxçıvanda İNTERNET PROBLEMİ... - Bakıdan 2 dəfə BAHA OLSA DA...
Naxçıvanda İNTERNET PROBLEMİ... - Bakıdan 2 dəfə BAHA OLSA DA...
Seçki günü insident: Gözətçi çılpaq görüntülərə görə direktoru BIÇAQLADI
Seçki günü insident: Gözətçi çılpaq görüntülərə görə direktoru BIÇAQLADI
Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir? - GƏLİŞMƏ
Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir? - GƏLİŞMƏ
Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir - BU NƏDİ BELƏ?..
Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir - BU NƏDİ BELƏ?..
Rusiyada nazir qəzaya uğradı
Rusiyada nazir qəzaya uğradı