kanal1

Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...

Tarix:31-01-2025, 10:55
Baxış Sayı:0


Azərbaycanda keçirilən beynəlxalq riyaziyyat müsabiqəsi – “Kenquru” Olimpiadası ilə bağlı yeni müzakirələr yaranıb. Məlumdur ki, bu olimpiada əslində Fransa dövlətinə məxsusdur və burada iştirak edən hər bir şagird üçün 20 AZN ödəniş tələb olunur.
Nəticədə, bir dəfəyə 2 milyondan çox vəsait Fransa şirkətinə yönləndirilir. Məsələ ondadır ki, Fransa açıq şəkildə ermənilərə dəstək verir və onlara silah satır. Belə olan halda, Azərbaycanda bu olimpiadanın keçirilməsi və ödənişlərin məhz Fransaya getməsi ölkə ictimaiyyətində ciddi suallar doğurur.

Bəs biz niyə dolayısı ilə Fransaya maliyyə dəstəyi göstəririk?

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Ajans.az-a açıqlamasında bildirib ki, bu olimpiada Fransada fəaliyyət göstərən bir şirkət tərəfindən təşkil olunur və hər il Azərbaycan məktəblərindən milyonlarla vəsait həmin şirkətə köçürülür:
"Olimpiada 2-10-cu siniflər üçün nəzərdə tutulur və hər iştirakçı şagirddən 20 manat ödəniş tələb olunur. Hər rayon üzrə ən azı 100 şagirdin bu olimpiadaya qoşulması tövsiyə edilir. Xüsusilə lisey və gimnaziyalarda bu rəqəm daha yüksək, 200-300 nəfər arasıdır. Bəzi məktəblərdə 250-300 nəfərlik planlar müəyyən edilib. Ümumilikdə, ölkə üzrə 100 mindən çox şagirdin iştirakı təmin olunur. Məsələnin diqqətçəkən tərəfi isə budur ki, Fransa açıq şəkildə Ermənistana hərbi yardım göstərən ölkələrdən biridir".
Ekspert bildirib ki, məktəblər və yerli təhsil orqanları şagirdləri bu olimpiadada iştirak etməyə təşviq edir. Bəzi hallarda valideynlər ödəniş etmədikdə məktəb direktorları pulu öz hesablarına ödəməli olurlar:Elşən Qafarov: “Təəssüf ki, Etibar Əliyev qanunverici orqanlarda təmsil olunur, onu tanıyanlar yaxşı bilirlər...” Pravda.az

"Hər il bu olimpiadadan 2 milyondan çox vəsait toplanır. Bu vəsaitin bir hissəsi Fransa şirkətinə ötürülür. Prosesin tam şəffaf olmaması isə cəmiyyətdə suallar doğurur. Azərbaycan məktəblərindən böyük məbləğdə pulların çıxarılaraq xarici bir şirkətə yönləndirilməsi ciddi araşdırılmalıdır. Fransanın Ermənistanı silahlandırdığı açıq fakt olduğu halda, ölkəmizdə belə bir olimpiadanın keçirilməsi suallar doğurur".
Elşən Qafarov qeyd edib ki, “Kenguru” olimpiadası tək deyil – müxtəlif digər layihələr də oxşar qaydalarla həyata keçirilir və nəticədə təhsil sistemi kommersiya məqsədilə istifadə edilir.(Ajans.az)

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb