kanal1

BİNƏQƏDİ BƏLƏDİYYƏSİ ÖZ İŞİNİ GÜNÜN TƏLƏBLƏRİ SƏVİYYƏSİNDƏ QURUR

Tarix:24-01-2025, 11:52
Baxış Sayı:72


Mürsəl Seyfulla oğlu Eminov Tanrının ona verdiyi inamın, etiqadın, dözümün, cəsarətin, fərasətin, istedadın köməyilə çətinliklərə sinə gərən, həyatda öz yolunu, səmtini əqlin gücü ilə müəyyən edən və bu yolla insanlığın, kamilliyin zirvəsinə çatan kişilərdəndir. Ləyaqət və dəyanət sahibi olan bu insan haqqında ellilərinin, dost-tanışlarının, qohum-əqrəbasının,həmkarlarının işlədiyi kollektivin, ümumiyyətlə, onu tanıyan hər kəsin qənaəti budur ki,o, sanki dünyaya ancaq yaxşılıq,səxavət,mərhəmət üçün, Vətənə və xalqa sədaqətli xidmət etmək üçün gəlmişdir.
Yaşadığı ömür yolunda çox dolaylar dolanıb, zirvələr aşmış Mürsəl Eminov həmişə, hər yerdə ona tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlmiş,alın-açıqlığı,üzağlığı ilə məsuliyyətlə hər işi yüksək səviyyədə icra etmişdir.İşlədiyi bütün idarə,müəssisə və təşkilatlarda fəaliyyəti dövründə bircə dəfə də olsun qanun pozuntusuna,işində nöqsana yol verməyib. Bu da onun məsuliyyətli olmasından, peşəsinə ,vəzifəsinə qəlbən bağlılığından,nəfsinin toxluğundan və ən əsası insani keyfiyyətlərindən irəli gəlir. O, həqiqi mənada kamilliyin meyar daşıyıcılarındandır.
Son illər respublikamızda vüsət alan iqtisadi yüksəliş Binəqədi rayonunda da qabarıq surətdə nəzərə çarpır. Rayonun əsas makroiqtisadi göstəriciləri yüksəlmişdir. Bu inkişafın ilk iki amili-respublika rəhbərliyi
nin qayğılı münasibəti və insanların özlərinin zəhmətsevərliyidirsə, əsas səbəblərindən əsası isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qayğılı münasibətini Azərbaycan vətəndaşlarına ötürən şəxslərin öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəlməsidir.
Onu sadəcə Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminov kimi təqdim etməklə kifayətlənmək düz olmazdı. Mürsəl müəllim təkcə öz vəzifəsini icra etməklə kifayətlənmir, lazım gələndə ümumi işin uğurlu alınması üçün vəzifəsindən də artıq işləri üzərinə götürür və yüksək səviyyədə yerinə yetirir.
Mürsəl Eminov KİV işçilərinin də dostudur. Onun jurnalistlərə verdiyi dəyər, heç zaman jurnalistlərdən qaçmaması və onları maraqlandıran suallara dolğun cavab verməsi hər zaman oxucu kütləsinin marağına səbəb olmuş, etibarlı mənbə kimi xidmət etmişdir.Təkcə bu cəhət haqqında nəticə çıxarmağa əsas verir-sözü düz olanın əməli də düz olar.
Biz fə öz növbəmizdə fürsətdən istifadə edib, Mürsəl Eminova qarşıdan gələn Bələdiyyə seçkilərində uğurlar arzulayır, daha böyük uğurlara imza atmasını diləyirik.

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb