kanal1

Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər

Tarix:16-01-2025, 17:24
Baxış Sayı:0


Hüquqi şəxslər tərəfindən “Yelo Bank” ASC-yə yerləşdirilən depozitlərin həcmi kəskin azalıb.
Yeniavaz.com xəbər verir ki, hüquqi şəxslərin “Yelo Bank”dakı depozitləri ötən il ərzində 3,6 dəfə azalaraq 720,6 milyon manatdan 197,8 milyon manata düşüb.
Qeyd edək ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən “Yelo Bank” ilk olaraq “Ülpər” kommersiya bankı kimi fəaliyyətə başlayıb. 2002-ci ildə rebrendinq edərək “Nikoil Bank” adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan “Yelo Bank” adına rebrendinq edilib.
2022-ci ilin mart ayınadək “Yelo Bank”ın əsas səhmdarı “Topaz İnvestment Limited” MMC olub. Banka birbaşa nəzarət edən şəxs isə Rusiyanın “Lukoil” şirkətinin sahibi, Azərbaycan əsilli milyarder Vahid Ələkbərov olub. Ukrayna müharibəsindən sonra Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Vahid Ələkbərov nəzarət etdiyi bir sıra aktivləri başqa şəxslərə təhvil verib. 2022-ci ilin mart ayından etibarən “Yelo Bank”a birbaşa nəzarət edən şəxs Marina Kulişovadır. Nizamnamə kapitalına (378 milyon manat) görə Azərbaycanın ən böyük 2-ci bankı olan “Yelo Bank”ın səhmlərinin 98,94%-i Marina Kulişovaya məxsusdur.

Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
"Dövlət içində dövlət qurublar..." - GİLEY
"Dövlət içində dövlət qurublar..." - GİLEY