kanal1

Səhiyyə sisteminin SÜNİ MAYASI... - ETİRAZ VAR...

Tarix:2-01-2025, 10:47
Baxış Sayı:4


"Öndər Tulumbacı süni mayalanma yolu ilə o cümlədən donor vasitəsilə qadınları doğuzduran həkimdir. Bu il yaydığım məhkəmə qərarından bəlli oldu ki, belə qadınların birinin əri illər sonra bildirmişdir ki, arvadını ondan doğuzdurmağı vəd etsə də, həkim onu başqa şəxsdən (anonim donordan) doğuzdurub..." "Dia.az" xəbər verir ki, bu açıqlama ilə çıxış edən hüquqşünas Əkrəm Həsənov ilginc məqama da xüsusi diqqət çəkib.

Öndər Tulumbacı

Tanınmıç ekspert bildirib: "Belə ki, kişinin buna yazılı razılıq ərizəsi üzə çıxmamışdır. Lakin məhkəmə qərar vermişdir ki, razılıq vermədiyini kişi sübut etməlidir. Mən də bu məhkəmə qərarını ictimailəşdirərək bildirdim ki, bu yanaşma səhvdir: heç kəs nəyisə etmədiyini sübut edə bilməz. Tulumbacı isə öz növbəsində məni ona böhtan atmaqda ittiham etdi (artıq iki məhkəmə instansiyasında iş bitib, böhtan ittihamı rədd edilib, yekun qərarı gələn il Ali Məhkəmə verəcək).

Əslində, anonim donorla qadın doğuzdurmaq beynəlxalq konvensiyaya ziddir və əksər ölkələrdə, o cümlədən Türkiyədə qadağan edilib. Azərbaycan da həmin konvensiyaya qoşulub, deməli, bizdə də qanunsuzdur. Lakin əsas bu deyil indi. Əsas odur ki, sən demə Azərbaycanda həkimlər barələrində mənfi məlumatın yayılmasına imkan verməyən ən qatı peşə sahibləri imiş. Tulumbacının sayəsində bu bariz nümunədir. Heç həkim səhvi ucbatından kimsə öləndə onlara nəyisə sübut etmək olmur. O da ola ki, kiminsə doğulması faktı üzrə. Odur ki, yəqin ki, yeni ildə də həkimlərimiz tənqidə dözümsüz olacaq..."

Dia.az

İki universitetimiz dünyanın nüfuzlu reytinqində
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
500 milyardlıq yeni layihəni elan etdi
500 milyardlıq yeni layihəni elan etdi
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir