kanal1

“Diariolibre” nəşri: “Ermənistan üçtərəfli razılaşmaya əməl etməzsə, daha da ağır vəziyyətə düşəcək”

Tarix:1-03-2021, 12:00
Baxış Sayı:13

“Diariolibre” nəşri: “Ermənistan üçtərəfli razılaşmaya əməl etməzsə, daha da ağır vəziyyətə düşəcək”


“Ermənistanda Qarabağdakı müharibədən sonra baş verən siyasi böhran bu ölkənin daxili işidir və 44 günlük toqquşmalardan sonra noyabrın 10-da imzalanmış bəyanatın icrasına mane olmamalıdır”.
Latın Amerikasının “Diariolibre” onlayn nəşri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri fevralın 26-da yerli və xarici media nümayəndələri üçün təşkil etdiyi mətbuat konfransında deyib.

Xarici nəşr qeyd edir ki, hazırda Ermənistanda baş nazirin istefası tələb olunur.

Nikol Paşinyan isə bu hadisələri hərbi çevrilişə cəhd kimi qiymətləndirir.

Etirazlar xüsusən N.Paşinyanın Qarabağ müharibəsində Rusiya istehsalı olan “İsgəndər” raketlərinin işləmədiyini söyləməsindən sonra güclənib.

Öz növbəsində Rusiya rəhbərliyi və Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ müharibəsində “İsgəndər” raketlərindən istifadə olunmadığını bəyan edib.

“Diariolibre” ölkə başçısı İlham Əliyevə istinadən yazır ki, Ermənistan üçtərəfli razılaşmanın şərtlərinə əməl etməzsə bu ölkə daha da ağır vəziyyətə düşəcək.

Məqalədə həmçinin qeyd olunur ki, Prezident İlham Əliyev Ermənistanın yeni reallığı qəbul etməkdən başqa çarəsinin olmadığını, Qarabağdakı müharibədə qələbə qazanan Azərbaycanın isə bütün dünyanın tanıdığı ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.

Azərbaycan Prezidenti bütün hərbi əsirlərin Ermənistana qaytarıldığını, döyüş əməliyyatları bitdikdən sonra isə mindən çox erməni əsgərinin cəsədinin tapıldığını bildirib.

Prezident İ.Əliyev 10 noyabr razılaşmasının özü özlüyündə Ermənistanın kapitulyasiyası aktı kimi qiymətləndirdiyini və bu sənədin gələcəkdə de-fakto sülh razılaşması rolunu oynayacağını qeyd edib.

Məqalənin sonunda bildirilir ki, Azərbaycan prezidenti Dağlıq Qarabağın statusundan söhbət getmədiyi və bu məsələnin müzakirəsini sülhə deyil, qarşıdurmaya xidmət etdiyini vurğulayıb.

Bəşəriyyət dönüş nöqtəsindədir - Ərdoğan
Bəşəriyyət dönüş nöqtəsindədir - Ərdoğan
Cəlilabadda iki məktəbin bir direktoru var?!
Cəlilabadda iki məktəbin bir direktoru var?!
Gürcüstanda hərbçilər də hökumətə qarşı bəyanat verdilər
Gürcüstanda hərbçilər də hökumətə qarşı bəyanat verdilər
Ermənilər təşvişdə: COP29 bitdi, Bakının mövqeyi sərtləşəcək
Ermənilər təşvişdə: COP29 bitdi, Bakının mövqeyi sərtləşəcək
“Ora xüsusi vergi bölgəsi anlayışı gətirilməlidir”​
“Ora xüsusi vergi bölgəsi anlayışı gətirilməlidir”​
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–PREZİDENTƏ MÜRACİƏT/FOTOLAR
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–PREZİDENTƏ MÜRACİƏT/FOTOLAR
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...