kanal1

“RRM TƏMİR-TİKİNTİ” nazirliyin tenderlərini cüt-cüt udur - BU NƏDİ BELƏ?..

Tarix:17-12-2024, 08:58
Baxış Sayı:0


Təhsil Nazirliyi daha bir bahalı tenderini reallaşdırmağa hazırlaşır. Tribunainfo.az xəbər verir ki, nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təhcizat İdarəsi müsabiqənin nəticəsini açıqlayıb.
Belə ki, İdarə bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizat üçün avadanlıqların alınıb-quraşdırılması işlərinin satınalınmasını həyata keçirəcək. Bu məqsədlə nazirlik 10.866.100,8 manatlıq satınalma müqaviləsi imzalayıb. Həmin işləri isə “RRM TƏMİR-TİKİNTİ” MMC reallaşdıracaq.
Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, “RRM TƏMİR-TİKİNTİ” MMC Təhsil Nazirliyi ilə əvvəldən yaxşı münasibətə çalik olub. Daha doğrusu, Emin Əmrullayev nazir təyinatı aldıqdan sonra bu şirkətin Təhsil Nazirliyinin tender işlərinə yolu açılıb. Ona qədər isə “RRM TƏMİR-TİKİNTİ” MMC sözügedən qurumun heç bir tenderinin iştirakçısı olmayıb.
Qeyd edək ki, sözügedən şirkət hələ bu ilin yanvarında Təhsilin İnkişafi Fondunun keçirdiyi 4 tenderdən ikisinin qalibi olub. Belə ki, “RRM Təmir-Tikinti” QSC bu iki tenderə görə, 6 521 535 manat pul alıb.
2023-cü ilin oktyabrında isə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Respublika ərazisində bir sıra təhsil müəssisələri üzrə yanğın əleyhinə su hovuzlarının tikintisi və əsaslı təmiri işlərinin satınalınması” tenderini də “RRM Təmir Tikinti” MMC-yə verib. Bu zaman isə nazirlik MMC –yə 1 428 909 manat ödəyib.
Elə keçən ilin yayında da bir başqa tender sözügedən şirkətə verilib. 20.08.2023-cü ildə keçirilmiş tenderdə ölkə məktəblərində bir sıra avadanlıqların alınması üçün “RRM Təmir Tikinti” ilə Təhsil Nazirliyi arasında 497679 min manatlıq satınalma müqaviləsi imzalanıb.
Xatırladaq ki, “RRM Təmir-Tikinti” QSC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elnur Hümmətov Zahid oğludur. Hüquqi ünvanı Z1122, Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov, ev 2B, m. 61 ünvanında yerləşir.

Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
500 milyardlıq yeni layihəni elan etdi
500 milyardlıq yeni layihəni elan etdi