kanal1

Qazilərlə şəhid ailələrini ÜZ-ÜZƏ QOYUR - Neftçalanın icra başçısına ETİRAZ

Tarix:16-12-2024, 18:31
Baxış Sayı:1


"Bu Neftçala rayon İcra Hakimiyyətinin başçısı "Qazi düşməni" Mirhəsən Seyidovdu. Bunun Qazilərə "göstərdiyi qayğı" Qazilər üçün problem yaratmaqdan ibarətdir..." Bunu öz etirazında Qarabağ Qaziləri İctimai Birliyinin üzvü Mübariz Abbasov qeyd edib.
O daha sonra əlavə edib: "Qazilərə əkin üçün verdiyi torpaq sahəsini əllərindən almaq üçün, öncə çobanların qoyun sürülərinə otlatdırıb, onları Məhkəməlik etmək, verdiyi torpaq sahəsin sonradan Qazilərldən alıb Şəhid ailəsinə verib, onları üz-üzə qoymaqdır.
Bu şəxs Dövlətin buna verdiyi vəzifəsindən sui istifadə edərək, Dövlət idarəsini özü üçün, istirahət mərkəzinə, ticarət abyektinə çevirib.
Biz Qazilər torpaq üstündə yatıb, düşmanla topqar uğrunda dava edəndə bu uşaq idi, isti beşiyində yatırdı, sosqa davası edirdi. İndi böyüyüb kişi olub Qaziləri saymır. Altı aydır atası yaşında Qazilər bunun qəbuluna düşə bilmir, kişinin Qaziləri qəbul etməyə vaxtı olmur. Əslinə qalanda isə Qazilərə yaşatdığı problemlərə görə, qarşılarına çıxmağa cürəti çatmır.
Birdə ki, hadan vaxtı olsun, başı qarışıb Qazilərə verdiyi torpağı onların əllərindən almağa, torpağ ticarəti edib sərvət toplamağa.
Necə deyərlər belə bir məsəl var, əziyyətin çəkən Hüseyin xan, keyfini görən Həsən xan. Bizim işimizdə ona dönüb. Torpağ uğrunda sağlamlığını itirən Qazilər, topağdan yararlanan, sərvət qazanan Mirhəsən..."

TEREF.az

Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib - YENİLƏNİB
Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib - YENİLƏNİB
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib
Rusiya Ermənistana xəbərdarlıq etdi
Rusiya Ermənistana xəbərdarlıq etdi
“Sanator-Kurort Reabilitasiya Mərkəzi”də tender oyunu
“Sanator-Kurort Reabilitasiya Mərkəzi”də tender oyunu
1-ci qrup hərbi əlil ACINACAQLI DURUMDA - Snayper gülləsi ilə başından ağır yaralansa da...
1-ci qrup hərbi əlil ACINACAQLI DURUMDA - Snayper gülləsi ilə başından ağır yaralansa da...
Rəis müavini ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” arasında qalmaqal - TƏFƏRRÜAT
Rəis müavini ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” arasında qalmaqal - TƏFƏRRÜAT
İlham Əliyev birgə hərbi təlimlərdən danışdı
İlham Əliyev birgə hərbi təlimlərdən danışdı
Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirilib - YENİLƏNİB
Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirilib - YENİLƏNİB