kanal1

Şirvanda bələdiyyə seçkilərinin nəticələri indidən bəllidir... - İLGİNC İDDİALAR

Tarix:16-12-2024, 16:30
Baxış Sayı:2


Bildiyiniz kimi qarşıdan 29 yanvar Bələdiyyə Seçkiləri gəlir. Bir çox rayonlarda artıq Bələdiyyə Sədrləri "seçilib"
Belə ki, həmin şəhərlərdən biri də Şirvan şəhəridir.

Redaksiyamıza göndərilən məlumatda bildirilir ki, Şirvanda seçkilərə hazırlıq səviyyəsi sıfıra bərabərdir. Çünki insanların seçkiyə inamı qalmayıb. Artıq hər kəs gələcək Bələdiyyə Sədrinin kim olacağını bilir.

İddialara görə Şirvan şəhərinin icra başçısı İlqar Abbasov artıq Bələdiyyə Sədri və müavinləri üçün "haqq-hesab" edib.

Ortada üç nəfər şəxsin adı hallanmasına baxmayaraq, onların arasında ən iddialı çıxış edən Azərenerjidə mühafizə rəisi işləyən Teymur Məmmədov adlı şəxsdir. Xatırlatma üçün qeyd edək ki, Teymur Məmmədovun həyat yoldaşı Gülmirə Məmmədova 10 nömrəli tam orta məktəbin keçmiş direktorudur. O işində verdiyi nöqsanlara və korrupsiya qalmaqalına görə işindən azad edilib.

Ən yaxınlarının, ailəsinin adı korrupsiya qalmaqalında keçən bir adamın Bələdiyyə Sədri kimi təyin olunması uğurlu seçim olmasa da, görünür ki, İlqar Abbasov sadəcə puluna baxır. Bunu biz iddia etmirik. Mənbəmiz bildirir ki, Teymur Məmmədov çayçı və restoranlarda bəhbəhlə qeyd edir ki, başçı ilə haqq-hesab eləmişəm, bu il sədr özüm olacam.

Müavin postuna gəldikdə isə, icrada şöbələrin birində çalışan Ceyhun adlı şəxsin adı hallanır.

GundemXeber.Az qeyd edir ki, İcra Başçısı İlqar Abbasov ətrafına sağlam adamlar yığmaq əvəzinə, harada qalmaqallı şəxs varsa onları yığır.
İddialar arasında İlqar Abbasova bu seçkilərlə bağlı ümumilikdə 50, 30 və 20 min manat pul çatdırılıb.

Bəs görəsən Prezident Administrasiyası Bələdiyyələrlə İş üzrə Şöbənin rəhbərliyinin və Cənab Prezident İlham Əliyevin Şirvanda baş verən bu özbaşınalıqlardan xəbəri varmı?

Teymur Məmmədov adlı şəxsi Şirvan sakinlərinin neçə faizi tanıyır? Yazıda adıkeçən şəxslərin Şirvanın taleyüklü məsələlərində, sosial həyatında nə kimi effektiv rolu olub?

Maraqlıdır, Teymur, Ceyhun və Bərxudar üçlüyünü İlqar Abbasovla bağlayan tərəf yalnız maddi bağlardır, yoxsa ortada bizim də bilmədiyimiz başqa məsələlər var?

Mənbəmizin verdiyi daha bir məlumatda isə qeyd olunur ki, İlqar Abbasovun bu hərəkətləri barədə yüksək post daşıyan məmurlardan biri ölkə rəhbərliyinə, Prezident Administrasiyasına, Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə detallı faktları göndərib.

Anlaşılan odur ki, bu seçki həm də İlqar Abbasovun sonunu gətirə bilər və onun qalan ömrünü dəmir barmaqlıqlar arxasında keçirmək ehtimalı var.

Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib - YENİLƏNİB
Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib - YENİLƏNİB
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib
Rusiya Ermənistana xəbərdarlıq etdi
Rusiya Ermənistana xəbərdarlıq etdi
“Sanator-Kurort Reabilitasiya Mərkəzi”də tender oyunu
“Sanator-Kurort Reabilitasiya Mərkəzi”də tender oyunu
1-ci qrup hərbi əlil ACINACAQLI DURUMDA - Snayper gülləsi ilə başından ağır yaralansa da...
1-ci qrup hərbi əlil ACINACAQLI DURUMDA - Snayper gülləsi ilə başından ağır yaralansa da...
Rəis müavini ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” arasında qalmaqal - TƏFƏRRÜAT
Rəis müavini ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” arasında qalmaqal - TƏFƏRRÜAT
İlham Əliyev birgə hərbi təlimlərdən danışdı
İlham Əliyev birgə hərbi təlimlərdən danışdı
Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirilib - YENİLƏNİB
Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirilib - YENİLƏNİB