kanal1

Nizami İcra Hakimiyyəti parkları da qazanc yerinə çevirib – OTURACAQLARI SÖKÜB, “KARUSEL” QURAŞDIRIRLAR / FOTO, VİDEO

Tarix:14-12-2024, 12:22
Baxış Sayı:1


13.12.2024-cü il tarixində bir qrup sakin tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər bildirirlər ki, Nizami rayonunda - “Kapital bank”ın Nizami filialı ilə üzbəüz, Heydər Əliyev parkında gecə ilə oturacağı çıxarıb, yerinə “karusel” yerləşdiriblər:
“Biz sakinlərin tək istirahət yerimiz olan bu parkı da əlimizdən almaq istəyirlər. Onlar pul qazanacaq deyə biz sakinlər zülm çəkməliyik?! Belə getsə, tezliklə bizim kimi yaşlı adamlar üçün tək istirahət yeri ancaq mənzilimizin eyvanı olcaq.
Oturacağı çıxarıb, gecə ilə parka “karusel” yerləşdiriblər. Yəni oturacaqların sayını azaltmaqla, orta və yaşlı nəsillərin parkdan ayağını kəsirlər. Axı, bu qədərdə olmaz.
Ən maraqlısı isə odur ki, bu “karusel” işə düşən zaman oradakı ağaclar ona mane olacaq. Nəticədə isə, fürsətdən istifadə edib, bu ağacları da gedər-gəlməzə göndərəcəklər.
Şübhəsiz, bu cür özbaşınalıqlar Nizami rayon İcra Hakimiyyətinin razılığı ilə olur. Nizami rayon İcra Hakimiyyəti və Nizami Bələdiyyəsi öz maddi maraqları üçün biz yaşlıları parkdan didərgin salırlar.
Hörmətli redaksiya, sizdən xahiş edirik, bu müraciəti işıqlandırın, bəlkə istirahət parklarını qazanc yuvasına çevirənlərə qarşı bir tədbir görülə”.
Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, hər zaman olduğu kimi, zənglərimiz yenə cavabsız qaldı.(Hurriyyet)
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bakıda söküntü işləri başladı – Ünvanlar
Bakıda söküntü işləri başladı – Ünvanlar
“Məni rahat burax, uğursuz bədbəxt...” - Arvadı Makrona
“Məni rahat burax, uğursuz bədbəxt...” - Arvadı Makrona
Azercell monopolist mövqeyi ilə bazarda rəqabət mühitinin olmasına imkan vermir.
Azercell monopolist mövqeyi ilə bazarda rəqabət mühitinin olmasına imkan vermir.
“Azərbaycan təhsili çıxılmaz bir labirintə salınıb” – Gimnaziyalara qəbulla bağlı qərar NİYƏ DƏYİŞDİRİLDİ?
“Azərbaycan təhsili çıxılmaz bir labirintə salınıb” – Gimnaziyalara qəbulla bağlı qərar NİYƏ DƏYİŞDİRİLDİ?
İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb - KİV
İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb - KİV
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
“Zeytun Pharma” firması və apteklər şəbəkəsi belə cəzalandırıldı
“Zeytun Pharma” firması və apteklər şəbəkəsi belə cəzalandırıldı
Bu xərclər qismən geri ödəniləcək - Sərəncam
Bu xərclər qismən geri ödəniləcək - Sərəncam