Bəşəriyyət iki sütun üzərində bərqərar olmuşdur. Onlardan biri müəllim, digəri isə həkimdir. "Sağlam bədəndə sağlam ruh olar" deyən atalarımız bu kəlamı məhz hər iki sənət sahibləri - müəllim və həkimlər üçün söyləmişlər. Çünki müəllim elm, təlim-tərbiyə, əxlaq mənbəyidir. Həkimlik isə bütün bunlarla yanaşı bəşəriyyətin sağlamlığının keşiyində duran müqəddəs peşə sahibləridir. Yazının əsas qəhrəmanı Loğman Klinikasının Otolorinqoloq-həkimi,cərrahHafiz Cəfərovu tanıyanlar, onun əlinin şəfasından yararlananlar onu bizim Hafiz həkim adlandırır. Hafiz həkim zəngin mənəviyyata, yüksək insani keyfiyyətlərə malik bir insandır. O, həmçinin xoş rəftarı, diqqət və davranışı ilə də qəlblərə məlhəm olan bir ziyalı həkimdir. İnsan adətən həkimə gedən zaman həyəcanlanır, qorxu hissi keçirir. Hafiz həkim xəstə ilə nəinki həkim-xəstə münasibətində olur, eyni zamanda xəstələrlə tam səmimi münasibət yaradır, onlarla yaxınları kimi rəftar edir. İmkansız insanlara, şəhid ailələrinə, yaşlı nəslə təmənnasız əl tutması, onların qayğısına qalması həkimin əsas qayəsidir. Çünki o, öz peşəsini sevən və ona sadiq qalan gözəl mütəxəssis, əlləri şəfalı həkimdir. Hafiz həkimlə görüşərkən belə bir sualla müraciət etdim.
-Hafiz, həkim,ölkəmizdə səhiyyəyə yetərincə diqqət ayrılırmı və səhiyyəmizdə nə kimi yeniliklər görürsünüz?
-Bəli, səhiyyəmizə yetərincə diqqət ayrılır və Azərbaycan səhiyyəsi durmadan inkişaf etməkdədir. Məhz bu səbəbdən biz respublikamızın I vitse Prezidenti Mehriban xanım Əliyevaya minnətdarıq. Cərrahlığın ağır və məsuliyyətli bir peşə olduğu ilə razılaşırsınızmı? -sualına isə Hafiz həkim heç düşünmədən cavab verdi:
-Ümumiyyətlə, bütün peşələrə məsuliyyətlə yanaşmaq lazımdır. Xüsusən də cərrahlığa. Ancaq onu qeyd edim ki, savadlı və işini bilən təcrübəli həkim mütəxəssis üçün heç bir qorxu yoxdur...
-Bir həkim kimi ən böyük sevinciniz nədir? - sualını isə Hafiz həkim öz xarakterinə uyğun cavablandırdı: -Mənim üçün xəstələrimin şəfa tapması və mənə xeyir-duasından böyük sevinc yoxdu. Mənə öz peşəmi sevdirən də məhz bu amillərdir. Hafiz həkim sizin hər bir dəqiqəniz insan həyatı üçün məlhəmdir. Otağınızın qarşısında növbəyə duran saysız hesabsız xəstələrinizin ümid və inam yerisiniz. Onların hər biri sizin şəfalı əllərinizdən sağlamlıq payı umurlar.
Bir daha şəfalı peşənizdə sizə uğurlar arzulayır, qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, şəfalı əlləriniz daim var olsun, deyirəm.