kanal1

Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR

Tarix:27-02-2021, 13:30
Baxış Sayı:26

Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR


“Məşğulluq haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, məşğul şəxslərə dair məlumatların məşğul şəxslərin reyestrinə daxil edilməsi tələbləri yeni redaksiyada verilib.

Bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib.

Dəyişikliklərə uyğun olaraq, işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında nəzərdə tutulan müddətlər bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir.

İşsiz şəxslərlə yanaşı il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin də peşə hazırlığı ödənişsiz təşkil olunur.

Həmçinin tələbə və şagirdlərin valideynlərinə də peşəyönümünə dair məsləhət xidmətləri göstərilir.

Eyni zamanda seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak müqavilə əsasında bir il müddətinə verilir.

Layihədə nəzərdə tutulan əsas dəyişikliklər aşağıdakılardır:

- Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir;

- İşaxtaran şəxslərin haqqı ödənilən ictimai işlərə və ödənişsiz peşə hazırlığı kurslarına cəlb olunmasına imkan yaradılır;

- “Məşğul şəxslərin reyestri”nin aparılmasında inzibatçılıq təkmilləşdirilir;

- Məşğul şəxslər barədə məlumatlar elektron qaydada aidiyyəti dövlət qurumlarının (ƏƏSMN tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzləri”) elektron sistemlərindən əldə olunur;

- Məşğulluq tədbirlərinin təşkilində elektron xidmətlərin tətbiqi daha da genişləndirilir;

- Hazırda haqqı ödənilən ictimai işlər və peşə hazırlığı proqramlarına yalnız işsiz şəxslər cəlb oluna bilər. Layihəyə əsasən haqqı ödənilən ictimai işlərə və ödənişsiz peşə hazırlığı kurslarına işaxtaran şəxslər də 20 faiz həcmində cəlb olunacaq;

- İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzləri” tərəfindən cəlb edilirlər.

- Peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə təşkil edilir.

- Dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilən əlavə təhsili həyata keçirən müəssisələr (universitetlər, institutlar, mərkəzlər və s.) peşə hazırlığını həyata keçirə biləcəkləri ixtisası göstərməklə, peşə hazırlığının həmin müəssisədə təşkili barədə Agentliyə müraciət edə biləcəklər.

- Agentlik peşə hazırlığının nəzəri və praktiki hissələrini, məzmununu, müraciət etmiş müəssisələrin maddi-texniki bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, onların gələcək məşğulluq imkanlarını nəzərə alaraq peşə hazırlığını həyata keçirəcək müəssisələri seçir.

Bəşəriyyət dönüş nöqtəsindədir - Ərdoğan
Bəşəriyyət dönüş nöqtəsindədir - Ərdoğan
Cəlilabadda iki məktəbin bir direktoru var?!
Cəlilabadda iki məktəbin bir direktoru var?!
Gürcüstanda hərbçilər də hökumətə qarşı bəyanat verdilər
Gürcüstanda hərbçilər də hökumətə qarşı bəyanat verdilər
Ermənilər təşvişdə: COP29 bitdi, Bakının mövqeyi sərtləşəcək
Ermənilər təşvişdə: COP29 bitdi, Bakının mövqeyi sərtləşəcək
“Ora xüsusi vergi bölgəsi anlayışı gətirilməlidir”​
“Ora xüsusi vergi bölgəsi anlayışı gətirilməlidir”​
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–PREZİDENTƏ MÜRACİƏT/FOTOLAR
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–PREZİDENTƏ MÜRACİƏT/FOTOLAR
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...