kanal1

Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...

Tarix:27-11-2024, 15:12
Baxış Sayı:1


Şərur rayon Mərkəzi Xəstəxanasının beş mühafizəçisi ixtisara düşərək, işsiz qalıb. Bu vəzifəyə düzəlmək üçün isə, onların hər biri yeddi min rüşvət ödəyibmiş. İşsiz qalmaq bir yana, indi onlar kredit götürüb, rüşvət verdikləri məbləği necə geri qaytaracaqlarının dərdini çəkirlər.
Təhlükəsizliyi səbəbindən adının çəkilməsini istəməyən keçmiş mühafizəçilərdən biri “Gündəlik Naxçıvan”a bildirir ki, rüşvət vermək üçün bankdan faizlə pul götürüb:
“Eşitdik ki, mühafizəçi yeri açılıb, sevincək müraciət etdik. Dedilər ki, elə-belə deyil, hər yer üçün 7 min manat ödəməlisiniz. Əvvəl razılaşmadım, sonra düşündüm ki, bankdan pul götürüm, rüşvəti verim. Sonra hər ay maaşımın yarısını banka ödəyərəm, yarısını da uşaqlarıma xərcləyərəm. Pulu götürüb, xəstəxananın direktoruna verdim. Fikirləşdim ki, işsizlikdən yaxşıdır. Bankdan 7 min götürüb, xəstəxananın direktoruna verdim. Cəmi 4 ay işləyəndən sonra dedilər ki, ixtisara düşürsünüz. Bizi işdən çıxarandan sonra eşitdik ki, yerimizə işçi axtarırlar. Yəni kimdənsə yenə 7 min alıb, bizim yerimizə götürəcəklər”.
Adının çəkilməsini istəməyən digər şikayətçi isə iddia edir ki, verdikləri rüşvət birbaşa „Naxçıvan Tibb Müəssisələrinin İdarəetmə Birliyi“nin icraçı direktoruna çatıb:
“Xəstəxana direktoru pulu alanda dedi ki, ona qalan cəmi 500 manatdır, qalanını Vüsal Məmmədova çatdıracaq. Evimi girov qoyub, 7 min borc götürmüşəm. İndi işsiz bu pulu necə ödəcəyəm, bilmirəm. Az qalır ki, başıma hava gəlsin. Bu qədər insafsızlıq olmaz axı”.
Şərur rayon Mərkəzi Xəstəxanasından qeyd oluna ittihamlarla bağlı münasibət bildirmək istəmədilər.

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb