kanal1

Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb

Tarix:25-11-2024, 13:00
Baxış Sayı:0


Spirtli içki istehsalı ilə məşğul olan qalmaqallı iş adamı Emin Hüseynovun rəhbərlik etdiyi "Quseynoff" MMC-nin xeyli miqdarda vergi borcu yaranıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, şirkətin indiyədək dövlətə olan borcu 166 105 manatdır.

Qeyd: 2021-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin nizamnamə kapitalı 10 AZN-dir. Təcrübə göstərir ki, vergi borcu kəskin artan şirkətlərin direktorlarının ölkədən çıxışına "stop" qoyulur. Bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilir.

Xatırlatma: E.Hüseynov bir müddət əvvəl, "Mercedes-Gelandewagen" markalı avtomobillə "Baboş" ləqəbi ilə tanınan tiktoker Babək Cabbarova görə Bərdəyə getməsi müzakirələrə səbəb olmuşdu. Digər məsəl isə onun rəhbərlik etdiyi şirkət qanunsuz fəaliyyətdə və saxta içki istehsalında ittiham olunur.

Belə ki, daxil olan müraciət əsasında Göygöl rayonunun Quşqara kəndində "Demonn" MMC-yə məxsus alkoqollu içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb. Yoxlama zamanı "Demonn" MMC-nin sifarişi əsasında satışı həyata keçirilən viski məhsulunun qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərən "Quseynoff" MMC-də istehsal edildiyi məlum olub.

"Quseynoff" MMC-nin direktoru izahatında viskini özü hazırladığını və mənşəyi, keyfiyyəti, təhlükəsizliyini təsdiq edən sənədlərinin olmadığını bildirib. Məhsulun etiketində heç bir əsas olmadan guya Şotlandiyada istehsal edilən viskilərin texnologiyasına uyğun olaraq istehsal edildiyi və palıd çəlləklərdə 12 il saxlanıldığı qeyd edilib.

Müəssisədə sifariş əsasında satışı həyata keçirilən "Quseynoff" əmtəə nişanlı viski məhsulundan və "Demonn" MMC-yə məxsus istehsal tarixi 19 sentyabr 2024-cü il göstərilən "Organic River", istehsal tarixi 31 avqust 2024-cü il göstərilən "Time Vodka" əmtəə nişanlı araq məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

"Azərbaycan Reallığı"

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb