kanal1

Məhkəməsi gedən sabiq hakimə qarşı daha bir iddia - İLGİNC

Tarix:21-11-2024, 11:54
Baxış Sayı:0


Hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədov yeni iddia ilə üzləşib.

Gununsesi.info-nun əldə etdiyi xəbərə görə, keçmiş hakimi bu dəfə kredit borcuna görə, özəl banklardan biri məhkəməyə verib.

Bu iş üzrə proses isə Binəqədi Rayon Məhkəməsində aparılır.

Bildirilir ki, Elsun Əhmədov banka olan borcunu uzun zamandır ki, ödəməkdən imtina edibmiş.

Xatırladaq ki, Bərdə Rayon Məhkəməsinin hakimi olmuş Elsun Əhmədovun hakimlik fəaliyyətinə bir neçə ay öncə xitam verilib və barəsində həbs-qətimkan tədbiri seçilib.

Sonradan məhkəmə onun barəsində alternativ qətimkan təbdiri seçib.

Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işinin istintaqından sonra keçmiş hakimə Cinayət Məcəlləsinin 311.3.3 (Külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan olunub.

İş hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb