kanal1

Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Tarix:21-11-2024, 09:18
Baxış Sayı:1


Şəmkir rayonu, Dəllər kənd sakini Bayramov Elvin Telman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Bayramov Elvin Telman oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, dolanışığım çox çətindir. 1 il əvvəl sosial yardım üçün müraciət etmişdim. Mənə 640 manat 23 qəpik sosial yardım ayırdılar. 1 il sosial yardım pulunu aldım.

Bu il də sənəd verdim. 3 aydan sonra evimə baxış keçirdilər. Telefonuma mesaj gəldi ki, sizə 550 manat 80 qəpik yardım ayrılıb. Yəni keçən ilə nisbətən 90 manata yaxın pul kəsilib. Soruşdum ki, bu qədər pul nəyə çıxılır? Dedilərki, kommunal haqqı çıxılır.

Məlumat üçün bildirim ki, mənim evimdə təkcə işıq var. 7 ildir odun sobasından istifadə edirəm. İmkanım yoxdur, qaz çəkə bilmirəm. İçməli suyum, internetim də yoxdur. Bu halda mənə ayrılan yardımdan kommunal haqqı adı ilə 90 manat tutulması ədalətsizlikdir. Mənim 3 uşağım var, bir evdə 5 nəfər yaşayırıq. Bu, bizim üçün az pul deyil”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamenti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, vətəndaşın müraciəti araşdırılacaq.

Aynurə İSMAYIL

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb