kanal1

Ermənistan bütün üçtərəfli formatlarda fəaliyyətini dondurub - Rusiya XİN

Tarix:13-11-2024, 19:08
Baxış Sayı:0


Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr üçtərəfli bəyanatının əhəmiyyətini yenidən qiymətləndirmək çətindir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, 4 il bundan qabaq Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə olunması, müharibəni dayandırmaq üçün şəxsən Rusiya Prezidenti Vladimir Putin əhəmiyyətli səy göstərib.

Zaxarova xatırladıb ki, məlum üçtərəfli razılaşmadan iki ay sonra 2021-ci ilin yanvarında Rusiya Prezidentinin təklifi ilə Azərbaycan Ermənistan liderlərinin iştirakı ilə sammit keçirilib: “Bu sammitdə sülh prosesinə start verilib. Eləcə də, Cənubi Qafqaz regionunda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üçün Rusiya, Azərbaycan və Ermənistanın baş naziri müavinlərinin həmsədrlik etdikləri işçi qrup yaradılıb. Daha sonra 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında bütün üçtərəfli razılaşmalar kompleksi formalaşdırılıb. Ermənistan-Azərbaycan normallaşmasının əsas istiqamətləri müəyyənləşib. Bura sülh sazişinin işlənib hazırlanması, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, sərhədlərin delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyətləri arasında təmasların qurulması aiddir. Belə üçtərəfli əsasda fəal iş gedən zaman bir sıra geniş dairəli məsələlərlə bağlı real ciddi nəticələrə nail olunub. Misal üçün, 2023-cü ilin iyununda üçtərəfli işçi qrup çərçivəsində regionda nəqliyyat marşrutlarının qurulması ilə bağlı razılıq əldə olunmağa yaxınlaşılıb. Lakin qərbin təzyiqi ilə İrəvan üçtərəfli işçi qrupda öz fəaliyyətini dondurub. Daha sonra isə Ermənistan bütün üçtərəfli formatlarda fəaliyyətini dondurub. Gəlin açıq olaq. Etiraf edək ki, vasitəçilik rolunu oynamağa çalışan ABŞ və Avropa İttifaqı özləri heç nə fikirləşə bilməyiblər. Onlar ancaq bizim işləyib hazırladıqlarımızı “copy” ediblər. Bununla belə, onlar sülh prosesini ələ keçirmək ümidi ilə onların məğzini pozublar. Onların əsl məqsədi bəllidir: Onlar regionu nəzarət altına almaq, ora daxil olmaq, Rusiyanı oradan çıxarmaq istəyirlər. Həm də İranı, Türkiyəni bu regiondan çıxarmaq, növbəti gərginlik ocağı yaratmaq istəyirlər. Cənubi Qafqazın taleyi, oradakı insanların taleləri onları tamamilə maraqlandırmır. Onların öz ambisiyaları var. Biz qərblilərdən fərqli olaraq təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqazda maraqlıyıq. Biz oradayıq (Cənubi Qafqazda-red). Orada bizim təbii, tarixi, iqtisadi, humanitar və digər müxtəlif maraqlarımız var. Biz bu regionu inkişaf etdirməyə hazırıq. Ona görə ki, bu, bizim marağımızdadır. Bu, sabitliyin və təhlükəsizliyin zəmanətidir. Rusiya tərəfi ermənistanlı və azərbaycanlı tərəfdaşlarına üçtərəfli razılaşmalar əsasında regionda dayanıqlı sülhə nail olmaq üçün kömək etməyə hazırdır”, - deyə Rusiya XİN sözçüsü yekunlaşdırıb.

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb