"Barselona" İspaniya La Liqasında 2018/19 mövsümünün çempionu oldu.
BEŞ.AZ futbolinfo.az-a istinadən xəbər verir ki, 35-ci turda "Levante"ni 1:0 hesabıyla məğlub edən Kataloniya təmsilçisi, sona 3 tur qalmış çempionluğu təmin edib.
Sözügedən qarşılaşmada yeganə qolun müəllifi olan Lionel Messi isə klubun tarixinə düşüb. Belə ki, argentinalı hücumçu "Barselona" formasıyla 10-cu dəfə La Liqada çempionluq yaşayıb. Messidən əvvəl heç bir futbolçu buna nail olmamışdı. Messi 2003-cü ildən "Barselona" forması geyinir.
Mövsümün əvvəlində Kataloniya təmsilçisinə transfer edilən Arturo Vidal isə ardıcıl 8 mövsümdü ki, iştirak etdiyi ölkə çempionatlarında qızıl medalçı olur. Vidal 8 mövsümdə "Yuventus"la 4, "Bavariya" ilə 3, "Barselona" ilə isə 1 dəfə çempion olub. "Barselona" ilə 2021-ci ilə qədər müqaviləsi olan çilili yarımmüdafiəçi, bu mövsüm 47 oyunda iştirak edərək, 2 qol vurub.