Son zamanlar respublikamızda aparılan ardıcıl siyasətin nəticəsi olaraq nəqliyyat sektorunda da uğurlar əldə olunmaqdadır. İnkişaf edərək iqtisadi cəhətdən qüdrətlənən dövlətimizdə aparılan yenidənqurma işlərində yeni yolların çəkilişi, körpülərin salınması, yeraltı keçidlərin quraşdırılması birbaşa nəqliyyat sektorunun işinə təsir edən amillərdəndir. Bu işdə yol-nəqliyyat hadisələrinin azalmasına, sürücülərin və piyadaların qanun pozuntusuna yol verməməyə xidmət edən hallarla bərabər, DYP-nin də əvəzsiz xidmətləri az deyildir.
Baş verən hadisələrə diqqət yetirdikdə görürük ki, DYP- əməkdaşları işini günün tələbləri səviyyəsində qurur, qanunun aliliyini rəhbər tutaraq fəaliyyət göstərirlər. Bütün bunlar Baş Dövlət Yol Polisinin rəisi cənab Ramiz Zeynalovun işgüzar tələbkarlığının nəticəsidir. Lakin bəzi hallarda istər sürücülər, istərsə də bəzi piyadalar tərəfindən yol hərəkət qaydaları bilərəkdən və ya bilməyərəkdən pozulur, təhlükəli vəziyyət yaradılır. Belə hallarda bəzi Yol Polisi əməkdaşları da hər hansı bir qanunsuz əməllərə yol verir. Əlbəttə, belə hadisələr ümumiyyətlə, bütün Yol Polisi əməkdaşlarının adına xələl gətirə bilər.
DYP - əməkdaşlarının işi çox məsuliyyətli, çox çətindir. Çünki aparılan abadlıq-quruculuq işlərində yaranan yol-nəqliyyat tıxacları narahatlığa əsas yaradır. Bunu görüb dəyərləndirmək, YP-əməkdaşlarının əməyini qiymətləndirmək lazımdır.
Yalnız paytaxt Bakı şəhərində deyil, respublikamızın bütün bölgələrində də DYP-işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər
Qanun hamı üçündür!
Həyatda qanuna tabe olmayan insan xeyir tapa bilməz!
Odur ki, hamımız qanunlara tabe olmalıyıq!
Mən özümün və redaksiyamızın bütün yaradıcı kollektivi adından Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general mayoru Zeynalov Ramiz Məhəmmədəli oğlu başda olmaqla, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Yol Patrul Xidməti Alayının komandiri polis polkovniki Fuad Tarix oğlu Mayılovu və bütün YP-əməkdaşlarını 8 noyabr Zəfər bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sağlıqlı uzun ömür arzulayır, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdikləri çətin və şərəfli peşəsinin uğurlu olmasını, Azərbaycanımızın tərəqqisinə öz töhfəsini verməsini diləyirəm.
Bir daha bayramınız mübarək, Fuad müəllim.