Hörmətli Şəmsəddin müəllim!
Sizi, ömrünün 74-cü ilinə imza vuran, daim xalqın içində olan, böyük ziyalı ömrü yaşayan Azərbaycan oğlunu, dəyərli bir insanı, öz işini sevən, işinə məsuliyyətlə yanaşan öz işinin mütəxəssisini, bütün Azərbaycan xalqının sevimlisi Şəmsəddin Hacıyevi 8 noyabr 2024-cü ildə ömrünün 74-cü ilinə qədəm basması münasibətilə səmimi qəlbdən təbrik edir, hər zaman olduğu kimi bu gün də uğur və zəfər carçısı olmasını, Müstəqil Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyətində uğurlar arzulayıram.
Yaşadığınız 74 il ömrünüzün ən kamil çağı, ötən illərə baxış və gələcəyə istiqamətlənmiş arzularla doludur. Şadıq ki, Uca Tanrının sizə bəxş etdiyi ömür payınızı mənəviyyatca zəngin, vətənə faydalı bir insan kimi yaşayıbsınız.
Əminik ki, bundan sonra da siz topladığınız həyat təcrübəsini fəaliyyətinizdə rellaşdıraraq yeni uğurlar qazanacaq, fəaliyyət göstərməkdən usanmayacaqsınız.
Arzum budur ki, sizin 100 illik yubileyinizdə iştirak edib, sizi təbrik edək.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, siz təkcə öz işinizin kamil bilicisi deyil, sadiq dost, səmimi insan, sevimli ailə başçısı, qayğıkeş atasınız. Bu yüksək keyfiyyətlərə malik olan dəyərli insana, Şəmsəddin Hacıyevə Tanrı dəstəyi, ən əsası isə cansağlığı diləyirik. Şadıq ki, 2024-cü ildə yeni qədəm basdığınız 74 iliniz həm də torpaqlarımızın işğaldan azadlığa qovuşması tarixinə-Zəfər bayramına təsadüf edir.
74 illik şərəfli ömrünüz və doğum gününüz, eyni zamanda Zəfər bayramınız mübarək, Şəmsəddin müəllim!