kanal1

MÜSTƏQİL İQTİSADİYYATIMIZIN FORMALAŞMASINDA SAHİBKARLIQ SUBYEKTLƏRİNİN ROLU BÖYÜKDÜR

Tarix:7-11-2024, 13:29
Baxış Sayı:29


Bu gün yeni mülkiyyət münasibətinin formalaşması prosesinin gedişində diqqət yetirilən ən mühüm məsələlərdən biri özəl bölmənin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, azad sahibkarlıq və biznes mühitinin daha da yaxşılaşdırılmasıdır. Bu, təsadüfi deyil. Çünki inkişaf etmiş dövlətlərin təcrübəsi də göstərir ki,bu sahəni inkişaf etdirmədən yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək mümkün deyil. Buna görə də Azərbaycan rəhbərliyi özəl sektorun ölkənin iqtisadi inkişafına həlledici təsirini daim yüksək qiymətləndirir,hökumət qarşısında sahibkarlığa, iş adamlarına diqqət və qayğı göstərilməsini mühüm vəzifə kimi qoyur. Bu qayğıdan bəhrələnərək fəaliyyətində böyük uğurlar qazanan iş adamlarından biri də "Rizvan" Şirkətinin Prezidenti Rizvan Bayramovdur.
Azərbaycanda sahibkarlığa “yaşıl işıq” yandırılanda cənub bölgəsində özəl sektora çoxları girişmişdi. Amma az vaxtda milyonçu olmaq eşqinə düşənlər tədricən seyrəldilər.Çünki onlar istehsal, bolluq, emal, yaratmaq, yaxşı xidmət göstərmək,xalqa, el-obaya xeyir vermək barədə fikirləşmirdilər, əksinə, adi alverçi düşüncəsi ilə dolanırdılar. İşininÖz işini halal zəhmətilə quran,el-oba təəssübü çəkən, kasıb-kusuba əl tutan əsl sahibkarlar isə daha da irəli getdilər,bütün çətinlikləri aşaraq öz bisneslərini genişləndirə bildilər. Onlardan biri də Rizvan Bayramov oldu.
Şirkət ölkəmizin iqtisadiyyatının formalaşmasına, büdcəsinin zənginləşməsinə əhəmiyyətli töhfələr verir. Bu töhfələrdə böyük payı olan Rizvan Bayramova və onunla çiyin-çiyinə çalışan kollektivə uğurlar arzulayıram.
Rizvan Bayramov çalışdığı şirkətin kollektivində hamının hörmətini qazanmış, eyni zamanda Cəlilabad ictimaiyyəti arasında böyük nüfuza malik iş adamlarından hesab olunur. Öz işinin mahir bilicisi, təcrübəli mütəxəssisi, bacarıqlı iş adamı olmaqla yanaşı, həm də fəal vətəndaşlıq mövqeyinə malik ziyalı, sadiq ailə başçısıdır. Onun bütün insani keyfiyyətlərinə nəzər saldıqda deməyə əsas verir ki,onun kimi insanla fəxr etməyə dəyər.
Rizvan Bayramovun daşıdığı vəzifə çox məsuliyyətli və əmək tələb edən işdir.Bütün çətinliklərin öhdəsindən layiqincə və çox məharətlə gəlir. Uzun illər ərzində topladığı təcrübə, səriştə onun hər zaman köməyinə çatır.Rizvan müəllimin fəaliyyəti barədə onu tanıyan hər kəs müsbət fikir söyləyir. Onun daha şox təqdir olunan cəhətləri qəlbinin təmizliyi,insani keyfiyyətləridir. Bu keyfiyyətlər onun bir rəhbər kimi üstün məziyyətlərini tamamlayır.
Yola saldığı illər isə Rizvan müəllimin qalan ömrünə kamillik əlavə edir. Mən hesab edirəm ki, Rizvan müəllim kimi insanla eyni bir ölkənin vətəndaşı olmaq özü də qürurvericidir.
Biz də İctimailider.az olaraq bütün çətinliklərin öhdəsindən layiqincə və çox məharətlə gələn dəyərli insanı, xeyirxah əməl sahibinı qarşıdan gələn 8 noyabr Zəfər bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sağlıqlı uzun ömür arzulayır, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdikləri çətin və şərəfli peşəsinin uğurlu olmasını, Azərbaycanımızın tərəqqisinə öz töhfəsini verməsini diləyirəm.
Bir daha bayramınız mübarək, Rizvan müəllim!

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb