Həkimlik sənəti öz xalqına, peşəsinə yüksək sədaqət tələb edən bir peşədir. Heç bir peşədə Hippokrat andı kimi Müqəddəs and yoxdur. Hippokrat andı içən hər bir həkim o anda son nəfəsinə qədər sadiq olmalıdır. Heydər Əliyev
Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Qurbanov öz həkimlik adına, Hippokrat andına ləyaqətlə xidmət edən səhiyyə işçisidir. O, bir həkim kimi Vətəninə, millətinə olan sonsuz sevgisini insanların sağlamlığı, onların sağlam həyat yaşamalarının keşiyində dayanmağı ilə ifadə edir.
Bəyaz xalata bürünüb, insanlara sağlam gələcək bəxş edən Elçin həkimin arzularında ilk növbədə insanların sağlamlığı, ümumi ruh yüksəkliyi dayanır. Ali məktəbdə təhsil aldığı zaman içdiyi Hippokrat andına sadiq qalaraq ona göstərilən etimadı ləyaqətlə doğruldur. Elçin həkimlə səmimi söhbət zamanı qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının səhiyyə ilə bağlı dediyi “ Səhiyyədə xalqa xidmət təmənnasızdır ” şüarı bizim səhiyyə ocağında əldə bayraqdır. Mən və bütün həkim kollektivimiz öz üzərimizə düşən missiyanı çalışırıq olduğu kimi yerinə yetirək.
Əminik ki, dövlət qayğısı artdıqca Azərbaycan Səhiyyəsi daha sürətlə inkişaf edəcəkdir.
Hər zaman şəfa verdiyi insanların sevincini öz sevinci bilən Elçin həkim öz vəzifə borcunu şərəflə, vicdanla yerinə yetirir.
İctimailider.az saytının bütün yaradıcı heyəti adından öz səmimiliyi, xoş rəftarı ilə nəinki həkim kollektivinin, eyni zamanda onu tanıyan hər kəsin hörmət və məhəbbətini qazanan Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Qurbanovu
qarşıdan gələn 8 noyabr Zəfər bayramı münasibətilə ürəkdən təbrik edir, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında göstərdiyi şərəfli fəaliyyətində uğurlar arzulayıram.
Bir daha bayramınız mübarək, Elçin həkim!