kanal1

Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimizdir

Tarix:7-11-2024, 11:25
Baxış Sayı:46

Uzun illərdir mənfur düşmənimiz olan erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması üçün şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-də Vətən müharibəsinə başladı. 44 gün davam edən haqq savaşımızda şanlı ordumuzun hər gün əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. “Qarabağ Azərbaycandır!” deyərək başladığımız Vətən müharibəsi, İkinci Qarabağ savaşı zamanı Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü və sarsılmaz iradəsini nümayiş etdirdi. Bu birlik, həmrəylik, Ali Baş Komandanın iradəsi, qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində böyük tarixi Qələbə qazandı. Və bu Qələbə bütün dünyaya Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu bir daha göstərdi.
Bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnətdar olmalıyıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır.
Müzəffər Ali Baş Komandanın “İrəli!” əmrini layiqincə yerinə yetirərək qəhrəmanlıq dastanı yazan və Şəhidlik adlı uca zirvəyə yüksələn oğullarımızdan biri də Ruhid Uğur oğlu İs¬lamlıdır.
Ruhid İslamlı 1 aprel 1999-cu ildə Lerik ra¬yonunun Çeşman kəndində ana¬dan olmuşdur. Ailədə 4 nəfər olmaqla, 1 bacı və 1 qardaş olaraq böyüyüblər. 2000-ci ildə ailəliklə ilə Bakıya köçüblər.
Ruhid 4 yaşından bağçaya, 6 yaşından isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin I- sinfinə getmiş, 2011-ci ildən təhsilini Suraxanı rayonunun Dədə Qorqud qə¬səbəsində yerləşən 315 №-li məktəbdə davam et¬di¬rmişdir.
Təhsil aldığı müddətdə, hələ kiçik yaşlarından, cüdo, cui¬cutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və bir sıra digər idman növləri ilə məşğul olmuş, Regional və Respublika səviyyəli rəsmi dövlət yarışlarında iştirak etmiş, I və II yerlərə qazanmışdır. Azərbaycan Respublikası Çempio¬na-tında muay-tay üzrə yarış¬da dərəcə almış və həm¬çinin beynəlxalq turnir¬lərdə də iştirak etmişdir. Həmçinin, mək¬təb fəaliyyəti dövrün¬də də hərbi və intellektual yarış¬lara, viktorinalara, olimpia¬dalara qatılmış, müxtəlif dərəcələr almışdır. Özü də bir sıra ya¬rış¬lar, flaşmoblar və s. təşkil etmişdir. Bir sözlə, Ruhid intel¬lektual, istedadlı və vətənpərvər gənc olmuşdur. So¬sial şəbəkələrdəki təbliğatlarında, çıxışlarında həmişə şəhid möv¬zularına xüsusi üstünlük verərdi.
Ruhid 2016-cı ildə Suraxanı rayonu, Dədə Qorqud qəsəbə¬sində yer¬ləşən 315 saylı məktəbi bitirmiş, elə həmin il Naxçıvan Dövlət Uni¬ver¬sitetinin “Təhsildə sosial psixoloji xid¬mət” ixtisasına daxil olmuşdur.
II kursdan universitetdə YAP Gənclər təş¬kilatının üzvü kimi ictimai fəaliyyətə başlamış, eyni zamanda, Gənclər birliyinə də sədrlik etmişdir. 2018-ci ildə YAP-ın fəal gənc üzvü seçilmişdir.
2020-ci ildə ali təhsilini başa vurmuş, iyulun 29-da həqiqi hərbi xidmətə yollanmışdır.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edil¬məsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ruhid İslamlı gənc əsgər bölüyündən könüllü şə¬kildə ərizə yazmış və torpaqlarımızın azadlığı uğrunda döyüş¬lərə qatılaraq, Talış kəndi və Suqovuşan istiqamətində döyüşlərdə xüsusi rabitəçi kimi xidmətini davam etdirmişdir.
2020-ci il oktyabrın 6-da müharibənin ən qızğın dövründə Su¬qovuşan istiqamətində gedən şiddətli döyüşlərdə Gülüstan kən¬di yaxınlıqda strateji əhəmiyyətli yüksəkliyə malik Çənlibel pos¬tun¬da Azərbaycan Respublikasının ərazi bütöv¬lüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olmuşdur.
O, Bakı şəhərinin Suraxanı rayonundakı Dədə Qorqud qəsəbəsin¬də yerləşən qəbiristanlıqda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Sərəncam¬larına əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğ¬runda qoyulmuş tapşırıqların icrası zamanı ölümündən sonra şəhid Ruhid Uğur oğlu İslamlı verilmiş əmrləri şərəflə yerinə yetirdiyi üçün III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, "Vətən Müharibəsi iştirakçısı", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə, eləcə də, ¬Azərbaycan ərazilə-rinin, o cümlədən, Suqovuşan qəsəbəsinin işğaldan azad edil¬məsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə, döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyə¬tinin qorunub sax¬lanılmasında fərqləndiyinə görə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Artıq Ruhid İslamlı Vətən olub, vətənləşib. Bəlkə yüz illər, min illər keçəcək, biz hamımız unudulacağıq, lakin Ruhid İslamlı və bütün Şəhidlərimiz yaşayacaq. Bir müddət sonra azad olunmuş torpaqlarımız yenidən canlanacaq, amansız işğalın izlərini quruculuq işləri itirəcək. Amma biz 30 illik işğalın dağıdıcı üzünü şəhidlərimizin keçdikləri şərəflli yollardan, qəhrəmanlıqlardan öyrənəcəyik. Deməli, tarix yazan bütün qəhrəman oğullarımızı-şəhidlərimizi tarix özü unudulmağa qoymayacaq. O tarix ki, onu həm də geniş mənada Vətənimiz Azərbaycan yazdı.
Biz bir millət kimi qalib olduq.
Və bu Qələbəni-Zəfəri məhz Ruhid kimi qəhrəman oğullarımıza, bütün Şəhidlərimizə borcluyuq.
Bəli, bu gün biz qürurla, sevinclə, fəxrlə deyə bilərik ki, bu gün nəinki Ruhid İslamlının, heç bir şəhidimizin qanı yerdə qalmadı.
Cənnətdəki Zəfər bayramın mübarək, Ruhid İslamlı
Ruhun şad olsun Şəhidim....


“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb