Bəli, bu gün təhsilə göstərilən qayğı məktəblərdə dərslərin keyfiyyətini daha da artırmışdır. Yüksək keyfiyyətli tədris onun sübutudur ki, ölkəmizin gələcəyi savadlı kadrların əlində olacaqdır.Bu da bir dövlət üçün, onun inkişafı üçün çox vacibdir. Millət vəkili YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva bu məqsədlə bir çox yerlərdə, şəhər və rayonlarda orta məktəb binaları tikdirmiş və məktəblərdə əsaslı təmir işlərinin aparılmasına xüsusi göstəriş vermişdir. Bakı şəhərində orta məktəblərdə təlimin keyfiyyətinin yüksəlməsi və yeni təhsil islahatlarının həyata keçirilməsi yolunda bir sıra mühüm addımlar atılmışdır. İnkişafın ən yüksək mərhələlərində olan Elm və Təhsil Nazirliyi Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən Milli Qəhrəman Faiq Rəfiyev adına 166 nömrəli məktəbin təhsilindən, onun səviyyəsindən söhbət açarkən Azərbaycan Respublikasının Elm və Təhsil Naziri cənab Emin Əmrullayevin xidmətlərini qeyd etməmək haqsızlıq olardı. Gələcəyimizin inkişafı üçün orta məktəb rəhbərləri də əllərindən gələni edir, rəhbərlik etdikləri tədris ocaqlarında xüsusi qayda-qanun yaradır, şagirdlərin yüksək elmə yiyələnməklərinə doğru yol göstərirlər. Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən Milli Qəhrəman Faiq Rəfiyev adına 166 nömrəli məktəbin direktoru Zeynəb Vaqif qızı Vəliyeva da gələcəyimiz olan uşaqların düzgün təlim-tərbiyə almasında,elmə-biliyə yiyələnməsində öz köməkliyini əsirgəmir. Zeynəb Vəliyevanın rəhbərlik etdiyi orta məktəbdə mehriban müəllim kollektivi vardır ki, övladlarımızın xoşbəxt gələcəyi naminə əl-ələ verib şagirdlərin yüksək elmə yiyələnmələrinə doğru yollar göstərirlər. Dünyada elə bir insan tapılmaz ki, ucaldığı z irvəyə görə ilk növbədə ibtidai sinif müəlliminə borclu olmasın. Hər birimiz məktəb yolları ilə atdığımız kövrək addımları, bizi xoş, gülərüz qarşılayan, valideyn qayğısı göstərən, əlimizdən tutub, yazmağı öyrədən ibtidai sinif müəllimlərimizi yaxşı xatırlayır, onlara olan minnətdarlıq hissini hər zaman yaşadırıq. Respublikamızda öz şərəfli peşəsisnin vurğunu, kamil bilicisi olan müəllimlərimizin sayı kifayət qədərdir. Ümumiyyətlə, müəllim elə bir varlıqdır ki, ona heç bir ad vermək, varlığına ehtiyac duymamaq mümkün deyil. Bu ad olan yerdə mənəviyyat, milli şüur var. Müəllimsiz həyat susuz dəyirmana bənzəyir. Müəllim müqəddəs ucalıqdır, dahidir, əvəzedilməzdir. Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən Milli Qəhrəman Faiq Rəfiyev adına 166 nömrəli məktəbin direktoru Zeynəb Vaqif qızı Vəliyevaya övladlarımıza göstərdiyi qayğı və nəvazişə görə öz dərin minnətdarlığımızı bildirir, sizin sayənizdə övladlarımızın xoş gələcəyinə inanırıq.
P.S. 8 noyabr Zəfər bayramı münasibətilə Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən Milli Qəhrəman Faiq Rəfiyev adına 166 nömrəli məktəbin direktoru Zeynəb Vaqif qızı Vəliyeva başda olmaqla bütün pedoqoji kollektivini İctimai Lider.az saytının bütün yaradıcı heyəti adından təbrik edir, səbr və yüksək peşəkarlıq tələb edən peşələrində uğurlar arzulayırıq.
Əziz Zeynəb müəllimə, bir daha bayramınız mübarək olsun!