kanal1

9 saylı xüsusi internat məktəbinə xüsusi qəbul qaydası -İLGİNC

Tarix:6-11-2024, 11:52
Baxış Sayı:14


Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev 24 ünvanında yerləşən və həm də Şəhid Emin Quliyevin adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 saylı xüsusi İnternat məktəbindən şikayətçi olan, adının çəkilməsini istəməyən şəxs redaksiyamıza müraciət edərək bildirib ki, cari ilin avqust-sentyabr ayları ərəfəsində nəvəsini əqli və nitq qüsurlu olduğuna görə sözügedən 9 saylı internat məktəbinə təhsildən geri qalmaması üçün yerləşdirmək istəyib və bunun üçün də müraciət edib. Şikayətçinin iddialarına görə məktəbin direktoru Əsgərova Afaqət xanım ilə görüşsə də, direktor aralarında yaranan "səmimi" dialoqdan sonra valideyni məktəbin Mahirə adlı müəllimi ilə əlaqələndirib. Nəticədə məktəbin
müəllimi Mahirə xanım uşağın nənəsindən uşağın bu internat məktəbinə daxil olması üçün müəyyən sənədləri və arasında 500-700 manat pul vəsaitini gətirməsini tapşırıb.
Şikayətçinin bildirdiyinə görə sonradan 500 manata razılaşsalar da, danışdıqları tarixə qədər pulun yalnız 400 manatını toplaya bilmişdir. İnternatın müəllimi isə bu məbləği görəndən sonra uşağın internata qəbul olma prosesini əngəlləmişdir. Şikayətçi iddia edir ki, uşağın adı əvvəlcə portalda çıxırdı, sonradan tələb olunan məbləğ internat məktəbinə verilmədiyi üçün uşağın adı portaldan silinib.
Qarşı tərəfin məsələ ilə bağlı mövqeyini öyrənmək üçün 9 saylı xüsusi İnternat məktəbi ilə əlaqə yaratmağa çalışdıq. Bizə bildirdilər ki: Direktor Afaqət xanım məzuniyyətdədir. Onun əvəzinə hazırda direktorun səlahiyyətini icra edən Vaqif müəllim açıqlama verdi. Açıqlamada qeyd olunur:
"9 SAYLI XÜSUSİ İNTERNAT MƏKTƏBİNƏ DAXİL OLMA SİSTEMLİ VƏ DÖVLƏT PROQRAMI ŞƏKLİNDƏDİR. BİZDƏ QƏBUL TİBBİ VƏ PEDAQOJİ RƏY ƏSASINDA OLUR. ƏGƏR QEYD ETDİYİNİZ UŞAQ HƏMƏN ƏRƏFƏDƏ BİZİM İNTERNAT MƏKTƏBİNƏ QƏBUL OLUNMAYIBSA, YƏQİN SİNİFDƏ ŞAGİRD SAYI TAMAMLANIB".
(seher.media)

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb