kanal1

"Veysəloğlu" içi qurdlu şokolad satır -PA-ya müraciət edildi

Tarix:6-11-2024, 10:18
Baxış Sayı:0


Xaçmaz rayon sakini, üçüncü qrup Qarabağ əlili Yusif Əsədullayev Prezident Administrasiyasının onlayn müraciət edib.

O, PA-ya zəng edərək Xaçmazın Sədi Qurban küçəsində yerləşən "OBA" marketdən şokolad aldığını bildirib. Şikayətçinin sözlərinə görə, evə gələndə həmin məhsulun köhnə olduğunu, içindən qurd çıxdığını görüb. Müştəri həmin vaxtı keçmiş və içi qurdlu şokoladı marketə qaytarıb, rəhbərlik vitrində olan məhsulun da köhnə olduğunu görüb. Y. Əsədullayev deyir ki, buna baxmayaraq, özləri bu fakta şahid olsalar da, köhnə məhsul vitrində ən yığışdırılmayıb, satışı davam etdirilir. Vətəndaş bu səbəbdən Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib, amma yenə də araşdırma aparılmayıb. Ona görə də PA-ya müraciət edib. Oradan isə qəbul şöbəsinin əməkdaşı bildirib ki, telefonla müraciət yetərli deyil, ya məktub göndərməli, ya teleqram vurmalıdır. Vətəndaş isə ritorik sual verib ki, onun müraciətinə cavab verilənə qədər "Oba" marketdən o şokoladları alan neçə müştəri zəhərlənə bilər. Qeyd edək ki, "OBA" marketlər şəbəkəsi "Veysəloğlu" şirkətlər qrupuna aiddir. Bu marketlərdən saysız-hesabsız şikayətlər olur və əsasən də məhsulların keyfiyyətsizliyi barədə narazılıq edilir.(Yenixeber.org)

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb