kanal1

MİDA-nın Hövsandakı kompleksinin sakinlərini işıqsız qoyan kimdir?

Tarix:4-11-2024, 09:11
Baxış Sayı:0


Artıq bir neçə həftədir ki, MİDA-nın Hövsandakı yaşayış kompleksinin sakinləri problemlə üz-üzə qalıblar. Belə ki, kompleksin işıq təminatında böyük fasilələr yaranır.

Bina sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, binanın elektrik enerjisi ilə təminatı bərbad vəziyyətdədir:

“Tez- tez gecə saatlarında qısaqapanmalar olur. Dəfələrlə bu barədə soruşsaq da, bizə dəqiq səbəb deyilmir. Xüsusilə gecə saatlarında, bəzən də sakinlərin yuxuda olduğu vaxt enerji kəsilir. Sakinlərin onsuz da çətinliklə aldığı məişət avadanlıqları xarab olur. Amma buna görə kimsə məsuliyyət daşımır”.

Sakinlər bildiriblər ki, yaşayış kompleksində elektrik təhlükəsizliyi üzrə mühəndis ştatı olsa da, bu vəzifəni kimin tutduğu məlum deyil:

“Bir neçə sakinin kombi aparatı, kondisioner və soyuducusu yanıb, qısaqapanmalara görə sakinlərin hətta həyatı da təhlükədədir. Amma buna görə məsuliyyət daşıyan, sakinlərə cavab verən, bu problemin səbəbini açıqlayan və aradan qaldıran yoxdur.

“Azərişıq” müraciətlərə məhəl qoymur, yaranmış texniki problemi aradan qaldırmaq üçün heç birfəaliyyət göstərmir.
Sədr isə ümumiyyətlə, sakinlərin şikayətlərini dinləmək üçün bircə dəfə də olsun yolunu bu kompleksdən salmayıb. Ona görə də sakinlərin üzləşdiyi heç bir problemdən xəbərdar deyil”.

Sakinlər deyirlər ki, şikayətlərini çatdırmaq üçün ünvan və ya vəzifəli şəxs tapmırlar:

"Bu kompleksdə sosial müdafiəyə ehtiyacı olanlar yaşayırlar. Adı da üstündədir-sosial evlər. Amma bu, işinə məsuliyyətsiz yanaşanları qətiyyən narahat etmir. Hansısa kommunal xidmətə görə kiçik borca görə dəfələrlə sakini narahat edən qurumlar yaranmış problemi aradan qaldırmaq üçün bir cəhd belə etmirlər".
“Bakufakt.az”

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb