kanal1

"Şər-xatadırlar başdan-ayağa!.." - GİLEY

Tarix:1-11-2024, 09:24
Baxış Sayı:0

"Şər-xatadırlar başdan-ayağa!.." - GİLEY

"Mənim şikayətim “HediyyeMen” adlı səhifədəndir. Bugün bu səhifədən portmanat sifariş etdim. Çoxdandır hədiyyə axtarışında idim və axırki bu səhifədə istədiyim portmanatı tapa bildiyimə görə və satıcının mənə verdiyi vədlərə görə elə burdan sifariş vermək qərarına gəldim..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Şahrin Həbibova adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: "Bunu qeyd edim ki, səhifədə nə malın qaytarılmasına, nə də dəyişilməsinə icazə yoxdur. Hətta çatdırılma zamanı, qutunun açılması üçün də şərait yaratmırlar. Deməli kuryer sifarişi çatdırdı və hədiyyə qutusu olduğu üçün açmağıma qoymadı. Yuxarı qalxıb qutunu açdım və tamamilə başqa bir model göndərmişdilər. Əlaqə saxladım və heç bir üzrxahlıq etmədən, məni borclu çıxardaraq, istədiyim modeli göndərdilər.
Bu dəfə kuryer portmanatı əlimə verdi. Ünvan iş yerim olduğu üçün (yəni çoxda rahat bir şərait yox idi), mən tez-tələsik göz gəzdirib, əvvəlki portmanatı qaytardım. Bu dəfə yuxarı qalxıb, daha diqqətlə baxdıqdan sonra, gördüm ki, məhsul defektlidir.
Dərhal xanımla əlaqə saxladım və pulumun geri qaytarılmasını istədim. Xanımım müştəri ilə danışıq tərzi o qədər qeyri professional və gülünc görsənirdi ki, sadəcə olaraq şoka düşdüm.
Deməli ilk olaraq, səhv mal göndərilir, məhsul çeksiz göndərilir (əlbəttə ki, vergidən qaçınmaq üçün), ən əsası isə üzrxahlıq etmədən, müştəri təhqir olunur və səhv çıxardılır.
Çox təəssüf edirəm ki, belə səviyyəsiz insanlar satış işindədirlər. Hamıya məsləhət görürəm ki, “HediyyeMen” səhifəsindən əlinizdən gəldiyiniz qədər uzaq durun. Şər-xatadırlar başdan ayağa!"

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb