kanal1

ŞİRVAN ŞƏHƏR BƏLƏDİYYƏSİ ÖZ İŞİNİ GÜNÜN TƏLƏBLƏRİ SƏVİYYƏSİNDƏ QURUR

Tarix:31-10-2024, 16:31
Baxış Sayı:78


Tarixən xalqını,millətini sevən insanlar öz xeyirxah işləri ilə xalqın ürəyində yurd salıb, heykəlləşiblər. Millətinə  pərəstiş edənlər millət üçün nələr etməyiblər?! Yol çəkdirib, su vurdurub, körpü saldırıb, elin-obanın yaxşı yaşaması üçün əllərindən gələni  əsirgəməyiblər.Vətənlə bağlı bu fikir, bu el deyimi gəldi, düşdü yadıma:
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim!
Bu fikirlə razılşmaq üçün vətən naminə uğurlu addımlar atmalı, vətənin şərəfli oğulları xalqın gözündə ucalmağı bacarmalıdır.
Yazımın əsas qəhrəmanı Şirvan Şəhər bələdiyyəsinin sədri Kürdoğlu Barat oğlu Muradov da belə vətən  oğullarındandır.
Şirvan rayon bələdiyyəsinin sədri vəzifəsində fəaliyyətə başladığı gündən hazırkı günə qədər insanlarla xoş ünsiyyət quran Kürdoğlu müəllim bələdiyyədə fəaliyyət göstərən hər bir işçilərlə bərabər ərazidə yaşayan hər kəsin hörmət və nüfuzunu qazanıb. İşində məsuliyyətli olan, hər zaman öhdəsinə düşən işləri layiqincə yerinə yetirən Kürdoğlu Muradov öz iş funksiyasını dərindən bilən rəhbərlərdəndir, desəm, yanılmaram. Həmçinin, bir  bələdiyyə sədri kimi kənd əhalisinin xeyir-şərində daima iştirak edir və əlindən gələn köməyini əsirgəmir. Elə bu səbəbdəndir ki, bu gün hər kəsin böyük inamını və sevgisini qazanıb. Hörmətli Prezidentimiz İlham Əliyev cənabları “Regionların  sosial-iqtisadi inkişaf proqramı” Şirvan rayon İcra Hakimiyyəti tərəfindən çox yüksək səviyyədə həyata keçirilir. Gördüyümüz kimi, Şirvan rayonu günü-gündən inkişaf edir. Və danılmaz həqiqətdir ki, rayonun zəhmətkeş əhalisi firavan həyat sürür. Şirvan rayonunun sakinləri dövlətimizdən-dövlətçiliyimizdən, onun rəhbərindən olduqca razıdırlar. Öz işini günün tələbləri səviyyəsində quran Şirvan Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Barat oğlu Muradova müstəqil Azərbaycanımızın yüksəlişi naminə fəaliyyətində daha böyük töhfələr bəxş etməyi arzulayır, işlərində müvəffəqiyyətlər diləyirik.

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb