kanal1

“General Hospital”da “saxta bülleten” qalmaqalı -Prokurorluqda araşdırma aparılır

Tarix:31-10-2024, 14:16
Baxış Sayı:0

“General Hospital”da “saxta bülleten” qalmaqalı -Prokurorluqda araşdırma aparılır

Bakı şəhərində yerləşən "General Hospital" klinikasında yoxlamalar aparılıb.

Əldə etdiyimiz məlumata görə, klinikada bəzi nöqsanlar aşkarlanıb.

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Adıçəkilən klinikada aparılan yoxlamalarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə (AEM) sorğu ünvanladıq. Mərkəzdən sorğumuza cavab olaraq bildirildi ki, “General Hospital” barəsində də daxil olan rəsmi müraciətə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq AEM tərəfindən plandankənar (növbədənkənar) yoxlama keçirilib və yoxlama materialları aidiyyəti üzrə növbəti icraata göndərilib.

"General Hospital" klinikasının baş həkimi Rüstəm Mikayılov yoxlamaların hazırda da davam etdiyini bildirib:

"Vətəndaşa verdiyimiz bülletenlə bağlı yoxlama aparıldı. İndi də klinikada yoxlama var.

Həmin işlə bağlı hazırda Suraxanı rayon prokurorluğunda araşdırma aparılır. Getdik, prokurorluqda məsələ ilə bağlı məlumat verdik. İş yekunlaşdıqdan sonra məhkəməyə göndərəcəklər", - deyə o qeyd edib.("Unikal")

"Hələ də dekabr ayının əmək haqqını almamışıq..." - NARAZILIQ VAR...
"Hələ də dekabr ayının əmək haqqını almamışıq..." - NARAZILIQ VAR...
“İşdə xəsarət alsam da, pulumu ödəmirlər, üstəlik, işdən də çıxardılar” - ÖZBAŞINALIQ!
“İşdə xəsarət alsam da, pulumu ödəmirlər, üstəlik, işdən də çıxardılar” - ÖZBAŞINALIQ!
AD İNSANI BƏZƏMƏZ, İNSAN ADI BƏZƏYƏR...
AD İNSANI BƏZƏMƏZ, İNSAN ADI BƏZƏYƏR...
Cəlilabadda Şəhidin adını daşıyan məktəbə baxın: BURDA HƏLƏ DƏRS KEÇİRLƏR... - AÇIQ TƏHLÜKƏ!!!
Cəlilabadda Şəhidin adını daşıyan məktəbə baxın: BURDA HƏLƏ DƏRS KEÇİRLƏR... - AÇIQ TƏHLÜKƏ!!!
“Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
“Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Şahin Bağırovun TAM FİASKOSU... - BUNUN BAŞQA ADI YOXDUR...
Şahin Bağırovun TAM FİASKOSU... - BUNUN BAŞQA ADI YOXDUR...
Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək?
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək?