kanal1

ƏN YÜKSƏK ELM MÜDRİKLİK VƏ XEYİRXAHLIQDIR

Tarix:30-10-2024, 16:47
Baxış Sayı:25


Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir. Şəxsən mənim müəllimə həmişə böyük hötmətim olubdur.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Ümummilli lideri
Dahi Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı.
Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir". Bəli, müəllimlik ən müqəddəs sənətdir. Maddi-mənəvi aləmdə heç bir ehtişam, əzəmət, qüdrət müəllim üçün meyar ola bilməz. Sarayların naxışını, həyatın sinfoniyasını, dastanların nəğməsini, sözünü yaradan şairlərin, yazıçıların, möhtəşəmliyi ilə göz oxşayan binaları ucaldan, parkları salan memarların, insanlara həyat bəxş edən həkimlərin və yüzlərlə digər sənət sahiblərinin yaradıcısı kimdir?!- Əlbəttə ki, müəllim!
Müəllimlik dünyada ən çətin, çətin olduğu qədər də şərəfli və ğözəl peşədir. Müəllim sözünün arxasında böyük məna dayanır. Peşələrin ən çətini, ən məsuliyyətlisi və ən şərəflisidir müəllimlik. Mənim fikrimcə əsl müəllimlik anadangəlmə bir istedaddır, vergidir.
Bəli, müəllim böyük memardır, həyatın yaradıcısıdır.
Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.
Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır.Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Xalq o zaman formalaşır ki,tərkibində ziyalısı,elm adamı yetərincədir. Bunun isə əsası təhsil sistemi ilə bağlıdır. Elmin əsasını təşkil edən təhsil xalqın gələcəyi hesab olunur. Ölkənin nurlu sabahı təhsil işçilərinin çiyinləri üzərində qurulur. Bildiyimiz kimi Azərbaycanda hər bir sahədə güclü islahatlar gedir.
Sabitlik və inkişaf devizi altında beynəlxalq aləmə inteqrasiya edən ölkəmizdə bu gün təhsil və maariflənmə ön plandadır. Təhsil sistemində şəffaflığın yaranması üçün bu sistemdə elmi dərəcəli pedaqoqlar çalışmalıdır. Bu gün ömrünü-gününü xalqımızın maariflənməsinə həsr edən belə pedaqoqlardan biri də sözün həqiqi mənasında imkansızlara qol-qanad olan, şərəfli və gərəkli ömür yolu keçən insan-dəyərlimiz
Qədir Mikayılovdur.
Gəlin, Qədir müəllimin keçdiyi şərəfli ömür yoluna qısaca da olsa nəzər salaq:
Sumqayıt şəhər 21 nömrəli Tam orta məktəbin direktoru Qədir Mikayılovdur.
Q. Mikayılov 20 ildən çox pedaqoji təcrübəyə malikdir. O, müxtəlif tədris ocaqlarında müəllim, direktor müavini, eləcə də 12 il Sumqayıt şəhər 13 nömrəli məktəbdə direktor işləyib.
Gözünün nurunu, qəlbinin hərarətini, könlünün istisini şagidlərinə verən əsil müəllimlərdən biridir Qədir müəllim.
Ömrünü sevə-sevə bu müqəddəs peşəyə həsr edən Qədir Mikayılov öz şagirdlərinə təkcə bilik öyrətmir, eyni zamanda onlara ata qayğısı ilə yanaşır, hər birinin yolgöstərəni, sirlərini bölüşə biləcəyi yaxın dostu olur. Elə bu səbəbdən də həmin məktəbdə təhsil alan hər bir şagird müəllimə çox bağlıdır.
Onu sevən, haqqında xoş sözlər söyləyən hər kəs eyni zamanda Qədir Mikayılovun gözəl psixoloq olduğunu, şəhid və qazi ailələrinə, aztəminatlı ailələrə, övladlarına, xüsusi diqqət və qayğı ilə, həssaslıqla yanaşdığını da qeyd edirlər.
Qədir Mikayılov sıravi müəllimlikdən direktor pilləsinə qədər şərəflə addımlayıb.
Getdiyi məclislərdə, qatıldığı tədbirlərdə hər kəs onu doğması kimi salamlayır. Tələbələri, rəhbərlik etdiyi məktəbin bütün məzunları onu sevgi ilə, ehtiramla xatırlayırlar. Pedaqoji fəaliyyəti dövründə yüzlərlə gəncin yetişməsində, vətənə layiqli övlad kimi cəmiyyətdə öz yerini tutmasında bütün dəyərli, müəllimlər kimi Qədir müıllimin də rolu danılmazdır. Bu gün də şagirdlərinə, doğmalarına öz tövsiyələrini, dəyərli məsləhətlərini əsirgəmir .
Qədir müəllimin fikrincə harda olmalarından asılı olmayaraq onun haqqında söz düşərkən mənim dəyərli müəllimim, direktorum deyərək hər hansı bir şagirdimin üzündə təbəssüm yaratmaq kimi xoşbəxtliyə nail ola bilmişəmsə, deməli,bu dünyada ən böyük sərvəti mən qazanmışam. Bu mənim ən böyük uğurumdur, nailiyyətimdir.
Bəli, Qədir Mikayılov haqqında deyilənlərdən məlum olur ki, o, olduqca peşəkar və nümunəvi idarəçilk qabiliyyətinə malikdir. Onun rəhbərliyi altında məktəbin uğurları artmaqda davam edir.
Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından fəaliyyətinin bütün dövrlərində özünün yüksək milli-ictimai şüuru, mədəniyyəti, yüksək prinsipiallığı, heyrətləndirici əmək qabiliyyəti, böyük analitik düşüncəsi, sadəliyi, təvazökarlığı və son dərəcə humanistliyi ilə fərqlənən bu dəyərli insana, Qədir Mikayıliva sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi məsuliyyət tələb edən çətin və şərəfli peşəsində uğurlar arzulayıram.
Şərəfli fəaliyyətiniz, ləyaqətli ömrünüz uzunömürlü, davamlı olsun, Qədir müəllim!

“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...