kanal1

Tovuza COP29 YETİŞMƏYİB: Yanıqlı meşəsinin ÜRƏKYANDIRAN HALI... - FOTO, VİDEO

Tarix:29-10-2024, 12:49
Baxış Sayı:0


Tovuz sakini Məmmədov Azər Ağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Yanıqlı meşəsində ağacların kütləvi şəkildə məhv edildiyini bildirir. Onun müraciətini olduğu kimi dərc edirik:

“Mən, Məmmədov Azər Ağa oğlu, diqqətinizə çatdırmaq istəyirəm ki, Tovuz rayonunun Yanıqlı meşəsində ağacları kəsirlər. Bilirsiniz ki, qaz olmayan yerlərdə insanlar oduna möhtac olduğu üçün bəzi ağacların kəsilməsinə rəy verilir. Lakin burada kütləvi şəkildə kəsilən ağaclar mebel istehsalı üçün istifadə olunur.


Qeyd edim ki, burada kəsilən ağaclar kubla deyil, maşınla satılır. Belə ki, bir "QAZ - 66" markalı yük maşınının qiyməti 300-400 manatdır.

Yanıqlı meşəsində mebel istehsalı üçün yararlı ağaclar nömrələnir, təxminən 20 metr hüdürlüyündə kəsilir”.


Yanıqlıdakı “yaşıl soyqırım”la bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, qeyd olunan iddiaları araşdırıb, redaksiyamıza məlumat verəcəklər.

Daha ətraflı aşağıdakı videoda:

Hurriyyet.az

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb