kanal1

Sabirabadda əvvəllər də ana ölümü qeydə alınıb, AMMA .. - NARAZILIQ VAR...

Tarix:29-10-2024, 08:55
Baxış Sayı:1


Sabirabadda ana doğuşdan sonra həyatını itirib. Sabirabadın Qalağayın kənd sakini Zəhra Zamanovanın ölümü rayon xəstəxanasının nəzdində olan Regional Perinatal Mərkəzində qeydə alınıb. Əməliyyatdan sonra pasiyentin həyatını xilas etmək mümkün olmayıb. O, qanaxmadan ölüb. Körpənin doğulmasında problem yaşanmayıb.

Bizimyol.info xəbər verir ki, 2000-ci il təvəllüdlü Zəhra Zamanova üçüncü hamiləliyini yaşayırmış. Xəstəxanaya axşam saatlarında gətirilib. Zəhranın qayınanası Tacirə Zamanova həkimin ilkin rəyinin müsbət olduğunun bildirir. Pasiyentin yaxınlarına hər hansı problem olmadığını deyiblər. Ananın ölümündə mama-ginekoloq Gültac Əsədova ittiham olunur. Onun səhlənkarlığının acı nəticə verdiyi iddia edilir.

“Xəstəxanaya gətiriləndən saatyarım sonra həkim dedi ki, doğuş olub, hər şey qaydasındadır. Həkim bundan sonra evə gedib. Bir az sonra gəlinlə əlaqə saxlamaq istəyəndə gördük ki, zəng çatmır. Sən demə, qanaxma qeydə alınıb, onu əməliyyata aparıblar. İndiyə qədər iki uşaq dünyaya gətirmişdi. Sağlamlığı ilə bağlı sənədlər də var, gətirmişəm. Heç vaxt problemi olmayıb. Gültac həkim evimi yıxdı. Üç nəvəmi yetim qoydu”, - Taciə Zamanova belə deyir.

Mərhumun anası Sevda Qarayeva da həkimi ittiham edir: “Həkim bizi məlumatsız qoydu. Nə baş verdiyini bilmədik. Bizə heç nə demədən əməliyyata başlayıb. Evimin çırağını Gültac həkim söndürdü”.

TƏBİB məsələyə münasibət bildirib. Departament rəhbəri Zamirə Ədilova həkimlərin prosedur qaydalara tam əməl etdiyini deyib. Onun sözlərinə görə, paytaxtdan həkim-reanimatoloq dəvət olunub. Əməliyyat məsləhətləşmələrdən sonra həyata keçirilib. TƏBİB ölümə görə təəssüfləndiyini qeyd edir.

Qalağayın kənd sakinləri səsial şəbəkələrdə məsələyə xeyli rəy yazıblar. Burada xüsusi vurğulanır ki, Zəhra Zamanova heç vaxt səhhətində problem yaşamayıb.

TƏBİB-in açıqlaması ürəkaçan, eyni zamanda qaneedici deyil. İki ailə üçün böyük faciə yaşanıb. Ciddi araşdırmaya ehtiyac var. Yazılan rəylər göstərir ki, Sabirabadda əvvəllər də ana ölümü qeydə alınıb. Məsələyə səhlənkar yanaşma belə faciələri qaçılmaz edir.

DİN-in xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları artırılıb
DİN-in xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları artırılıb
Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək
Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək
"İstanbul NS" Klinikası vergi borcunu niyə ödəmir?
"İstanbul NS" Klinikası vergi borcunu niyə ödəmir?
Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub?
Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub?
“Koroğlu” MMC rəhbəri Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb?
“Koroğlu” MMC rəhbəri Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb?
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
"Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
"Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Sabunçuda hamam da köhnədir... tas da... - AXI NİYƏ?..
Sabunçuda hamam da köhnədir... tas da... - AXI NİYƏ?..