kanal1

“Həmin şəxslərə güzəştli şərtlərlə ipoteka verilməlidir”

Tarix:22-10-2024, 12:51
Baxış Sayı:0


“Azərbaycanda minatəmizləyənlərə güzəştli şərtlərlə ipoteka verilməlidir”.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Minatəmizləmə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Minatəmizləyənlərin kifayət qədər məsuliyyətli və şərəfli iş həyata keçirdiklərini nəzərə alaraq təklif edirəm ki, onlara da güzəştli ipoteka kreditlərindən istifadə imkanı verilsin. Son illər Azərbaycanda güzəştli ipoteka kreditlərindən istifadə imkanlarının kateqoriyası genişlənir və xeyli vətəndaşımızı əhatə edir.

Bunu nəzərə alsaq, “Minatəmizləmə haqqında” qanunun qəbulundan sonra konseptual olaraq minatəmizləyənlərin də bu siyahıya əlavə olunması daha məqsədəuyğun olar. Nəzərə alsaq ki, minatəmizləyənlərin fəaliyyəti kifayət qədər risklidir və qanun layihəsi də “Əmək pensiyaları haqqında” qanuna istinad edir, təklif etmək istərdim ki, “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq minatəmizləyənlər üçün də güzəştli şərtlərlə pensiyaya çıxmaq təmin olunsun. Bu, onların daha tez, yəni güzəştli şərtlərlə pensiyaya çıxmasını təmin edə bilər”, - deyə V.Bayramov bildirib.

 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video