kanal1

Qaradağ rayon məktəbləri təhsildə son akkordlarını vurur!? -İLGİNC

Tarix:21-10-2024, 17:49
Baxış Sayı:0


Bu gün təhsilimiz tənəzzülə uğrayır. Qaradağ rayon məktəblərindən ardı arası kəsilməyən şikayətlər onu deməyə əsas verir ki, Bakının ən böyük rayonlarından biri olan Qaradağ rayon məktəbləri təhsildən geri qalır. Başda Lökbatan olmaqla, Sahil, Qızıldaş, Ələt, Səngəçal, Qobustan, Buta, Korgöz qəsəbələrinin sakinləri təhsil almaq üçün evdən məktəbə yola salınan övladlarının gələcəyindən narahatdır.
Redaksiyamıza daxil olan valideyn və şagird şikayətlərindən bildirilir ki, şagirdlərin istifadəsi üçün dövlət tərəfindən məktəbə gələn təminatlar elə həmin məktəblərin şagirdlərinə pulla satılır, məktəb bazara çevrilir, direktorların göstərişi ilə müəllimlər pul yığma kompaniyasında fəallıq göstərən valideynlərin əli ilə özlərinə “valideyn komitəsi” adı altında iş birliyi qurur və yaradılan qrupda fond, təmir, top, pərdə, jalüz, bayram, müəllimin ad günü və s. məqsədlər üçün pul yığılır.

İddialara əsasən demək olar ki, Qaradağ rayonunun təhsili artıq öz son akkordlarını vurmaqdadır.

Daxil olan şikayətlərdə adı çəkilən məktəblər və onları idarə edən direktor və müəllim heyətinin adı sıralamaqla bitmir. 197, 195, 110, 139, 184, 166, 222, 223, və digər məktəblər də bu çirkaba bulaşıblar. Siniflərin direktorlar tərəfindən müəllimlərə hazırlıq üçün kirayə verilməsindən tutmuş, uşaqların məcburi hazırlıqlara cəlb edilmələri, ibtidai siniflərdə təhsildən kənar kitabların məcburi satışı, məktəbə gələn təminatın satışı, müəllimlərin KSQ və BSQ “kompaniyaları", direktorların “Gündəlik satışı” monopoliyası və s. bu kimi faktlar redaksiyamıza daxil olmaqdadır.

Qaradağ rayonu məktəblərini araşdırdıqda bəzi məktəblərdə təlim-tərbiyə üzrə müavinin olmadığı tərəfimizdən aşkarlanmışdır. Neqativ hal kimi qeyd eləmək olar ki, məktəblərdə tədris olunan informatika fənnində şagirdlərin istifadəsi üçün nəzərdə tutulmuş kompyuterlər işləmir və yararsız kompyuterlər direktorlar tərəfindən fənn müəllimlərinə məcburi düzəltmələri tələb olunur.

Redaksiyamıza daxil olan bu və ya digər faktların araşdırılması üçün Qaradağ Təhsil şöbəsindən, habelə Bakı Təhsil İdarəsindən Qaradağ rayonu Təhsil ocaqları ilə bağlı yoxlama apatrmalarını və ciddi tədbir görmələrini xahiş edirik.

Mövzuya qayıdacayıq.

Qarşı tərəf kimi aidiyyatı qurumların açıqlamasını dinləməyə və dərc etməyə hazırıq.(seher.media)

Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...