kanal1

Fermerlər öz məhsullarını sığortalamağa niyə MARAQLI deyillər?

Tarix:21-10-2024, 14:59
Baxış Sayı:1


Havaların soyuması, yağıntıların çoxalması kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olur. Bu bahalaşmadan əlavə, kəndlilər məhsullarının tələf olmasından hər il şikayətlənirlər. Bazarda satıcılar iqlim dəyişikliklərinin vurduğu ziyanlar səbəbindən borc problemi yaşadıqlarını deyirlər.

Halbuki, 2020-ci ildən Aqrar Sığorta Fondu fəaliyyət göstərir. Bununla 48 növ bitki məhsulunu, o cümlədən taxıl və tarla bitkilərini, demək olar ki, bütün növ meyvələri, bostan və tərəvəz bitkilərini, texniki bitkiləri və sair sığorta edir. Eyni zamanda aqrar sığorta mexanizmi vasitəsilə iri və xırda buynuzlu heyvanları da sığortalamaq mümkündür.

Buna baxmayaraq, niyə insanlar məhsullarını sığortalamağa maraqlı deyillər?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya bu barədə danışıb. Onun sözlərinə görə, kəndlilərin məhsullarını sığortalamamaqlarında problem təkcə əhalinin məlumatsızlığı deyil:

“Kiçik ərazilər sığortalanmır, sənəd problemi olan torpaqların və qeydiyyatsız heyvanların sığortalanmasında problem var. Sığorta üçün münbit şərait yaradılıb. Sadəcə olaraq fermerin sənədləri qaydasında olmalıdır. Müəyyən şərtlər var ki, bizim fermerlərin əksəriyyəti o şərtləri ödəyə bilmir. Sığorta şirkəti bu gün çox sayda olan mal və məhsulları sığortalamaqda maraqlıdır. Çünki sığorta şirkətinin orada mənfəəti var”.

İqtisadçı onu da qeyd edib ki, insanlar sığortadan öncə sənədlərinin qaydasında olmasına diqqət yetirməlidirlər, bu yöndə maariflənməlidirlər, sənədləşdirmənin əhəmiyyətini anlamalıdırlar.

Hazırda sığortalanan məhsulların həcmi

Aqrar Sığorta Fondundan Bizim.Media-ya verilən məlumata görə, 2024-cü ilin 9 ayının nəticəsi üzrə, fond tərəfindən ölkədəki ümumi həcmi təqribən 1,8 milyon hektar olan əkin sahələrinin təqribən 406 min hektarı sığorta edilir. Bitkiçilik sığortası üzrə sığorta təminatının həcmi 457 milyon manat təşkil edir. Eləcə də fond tərəfindən ölkə üzrə 2300 baş kənd təsərrüfatı heyvanı sığortalanıb. Heyvandarlıq təsərrüfatlarının sığortası üzrə verilən sığorta təminatının məbləği 14 milyon manat təşkil edir. Ən çox sığortalanan məhsullar taxıl (arpa, buğda), qarğıdalı, pambıq, fındıq, çəltik, şəkər çuğunduru, nar bağları və sairdir.

Sığorta zərfinə əlavə edilən risklər

Belə ki, 2022-ci ildə Aqrar Sığorta Fondu tərəfindən sel-subasma riski, 2023-cü ildə isə pambıq bitkisi ilə bağlı leysan riski baza sığorta zərfinə daxil edilib. Bundan başqa, sığorta zərfinə donvurma, bitki xəstəlikləri, dolu vurmasından keyfiyyət itkisi, eləcə də ting, ağac və kolların ayrıca sığortası üzrə risklər əlavə edilib.

Nəticədə fermerlərin təsərrüfatları əksər risklərdən qorunur. Onu da qeyd edək ki, sığorta haqqının 50%-i dövlət tərəfindən qarşılanır. Məsələn, ölkədə 1000 manatlıq taxıl olan 1 hektar əkin sahəsinin sığortalanması fermerə cəmi 6-18 manata başa gəlir. Meyvə bağlarında 1000 manatlıq məhsulun sığortalanması da 10-25 manat ətrafındadır.

Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...