kanal1

Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb?

Tarix:17-10-2024, 19:55
Baxış Sayı:0



Azərbaycanın Avropa Şurası Parlament Assembliyasında (AŞPA) nümayəndə heyəti formalaşdırılmayıb. Bu ilin yanvarında Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.

Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.

Qərardan sonra mətbuatda Azərbaycan yalnız AŞPA-dan yox, ümumilikdə Avropa Şurasından çıxa biləcəyi barədə xəbərlər yayılıb.

Həmçinin, Azərbaycanın Avropa Şurasına illik ödədiyi üzvlük haqqının dayandırılması barədə təkliflər səsləndirilib.

Modern.az-ın məlumatına görə, Azərbaycan Avropa Şurasına illik 1.5 milyon avro üzvlük haqqı ödəyir. AŞPA-da nümayəndə heyətinin yaradılmaması üzvlük haqqı ilə bağlı məsələni yenidən gündəmə gətirib.

Milli Məcllisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov saytımıza açıqlamasında bildirib ki, bu gün Azərbaycan bayrağı Avropa Şurasının binası qarşısında dalğalanır:

"Azərbaycan Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Eyni zamanda AŞPA-da nümayəndə heyəti formalaşdırılmayıb. Bu da bu ilin yanvarında baş verən hadisələrlə bağlıdır. Amma bu gün Azərbaycan Avropa Şurasına üzvdür və bayrağı dalğalanır”.

Qeyd edək ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvüdür.

Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO