kanal1

"Mənim müavinətim bərpa olunmayıb..." - NARAZILIQ VAR...

Tarix:17-10-2024, 16:07
Baxış Sayı:1


Yardımlı rayonu, Bozayran kənd sakini Həsənoğlu Tələt Həsənoğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, haqsız yerə müavinəti kəsilib:

“Mən, Həsənoğlu Tələt Həsən oğlu, yazıb sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

26 iyun 1972-ci ildə Yardımlı rayonunun Bozayran kəndində anadan olmuşam. 2000-ci ildə Bakı şəhərində öz həyətimdə elektrikli mişar ilə işləyərkən, ehtiyatsızlıq üzündən sol əlimin barmaqlarını kəsmişəm. Sabunçu rayon 3 nömrəli xəstəxanada müalicə almışam.

Dəfələrlə əlimi müalicə etdirməyimə baxmayaraq, sol əlim iş qabiliyyətini itirib. Bununla əlaqədar olaraq 2024-cü ildən 2018-ci ilədək 2-ci qrup əlilliyə görə müavinət almışam. 2018-ci ildən mənim müavinətim kəsilib.

Bir dəfə Masallı, iki dəfə Bakı Reabilitasiya Mərkəzində komissiyada iştirak etmişəm, buna baxmayaraq mənim müavinətim bərpa olunmayıb”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Yardımlı rayon sakini, 1972-ci il təvəllüdlü Həsənoğlu Tələt Həsən oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də 18.10.2023 və 09.02.2024-cü il tarixlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən əyani baxış zamanı qiymətləndirilib.

Müayinə zamanı vətəndaşın hazırki diaqnozunun əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.

Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilib.

Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
Xırdalan 2 saylı məktəbin müəllimi Vəfa Həziyevanın ŞOK SƏS YAZISI YAYILDI -VİDEO
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO