kanal1

JALƏ HACIYEVANIN İLLƏRLƏ QAZANDIĞI HÖRMƏTƏ LƏKƏ SALMAQ GÖRƏSƏN KİMLƏRƏ XEYİR GƏTİRƏCƏK?...

Tarix:8-10-2024, 15:50
Baxış Sayı:36

Hər il olduğu kimi 5 oktyabr Müəllim günü ilə əlaqədar bəzi məktəblərdə öz adət ənənələrinə sadiq qalaraq bəzi müəllimlər tərəfindən yenə pul yığılması prosesinə başlanılıb.
Biz İctimailider.az saytı olaraq həmin gündən etibarən bütün bu kimi problemləri işıqlandıraraq qismən də olsa aradan qaldırılmasına çalışırıq.Ancaq atalar demişkən,"Dəyirman bildiyini edir, çax-çax baş ağrıdır"...
Yəni,biz o cür problemləri işıqlandırmaqda,onlar isə öz əməllərini həyata keçirməkdə davam edir.Təəssüflər olsun ki,Qurunun oduna yaş da yanır.Yəni bu mövzuda adı hallananlardan biri də 111 №li tam orta məktəbin direktoru Jalə Əhməd qızı Hacıyevadır.
Jalə Hacıyevanın rəhbərlik etdiyi məktəbdə fond pulu, xadimə üçün pul və digər məsələlər,yğni bayramlar üçün yığılan pulla bağlı bir neçə saytlarda neqativ yazılar dərc edilməkdə davam edir. Hətta o da qeyd olunur ki, bu missiyanı valideyn komitələri həyata keçirir.
Təəssüflər olsun ki, son zamanlar həmkarlarım arasında da hər hansı bir məmurun işinə, gördüyü xeyirxah əməllərə ləkə gətirəcək yazılara rast gəlirik. Doğrusu, belə olduğu halda açıq aydın görmək olur ki,bir çox sahələrdə olduğu kimi jurnalistika sahəsində də bügünkü vəziyyət heç də xoşagələn deyil.Və belələrinə qarşı mübarizə aparmaq,onların hədəf seçdiyi məmur elitasına qarşı fikir bildirmək məsuliyyətini bu gün bir yazar olaraq öz üzərimə götürməyi mənəvi borc bildim.
Doğrusu, bu gün sosial şəbəkələrdə haqqında rast gəlinən həmin məmur hər kəsin yaxşı tanıdığı,44 günlük İkinci Vətən müharibəsində arxa cəbhədə öz dəstəyini yüksək dərəcədə göstərən, müharibə zamanı səngərdə olan əsgər ailələrinin yanında olan,hazırkı günə kimi şəhid ailələrinə, qazilərimizə hər zaman dəstək olan bir insan haqqında neqativ fikir bildirilməsi bir yazar olaraq məni məyus etdi.
O insanı siz də tanıyırsınız dəyərli İctimailider.az oxucuları.
Mən tam əminliklə deyə bilərəm ki, Jalə Hacıyeva
haqqında söylənilənlər öz təsdiqini tapmayan, necə deyərlər, şikayətçinin şəxsi mənafeyi uğrunda qələmə alınan sözlərdir.
Son zamanlar sosial şəbəkələrdə bu xanım haqqında yayımlanan yazılar mən deyərdim ki,şantaj xarakteri daşıyır.
Jalə Hacıyeva bəzi vəzifə sahiblərindən fərqli olaraq oliqarx məmur deyil, sadə həyat tərzi keçirən bir şəxsdir. Əldə etdiyimiz məlumatlara görə, o, bir çoxları kimi hansısa vəzifəyə sahib olmaq uğrunda mübarizə aparmayıb, məhz ona daşıdığı vəzifəsi həvalə olunub. Bu da adı çəkilən vəzifə sahibinə rəhbərliyin bəslədiyi münasibətdən irəli gələn addımdır. Odur ki, bu xanım haqqında şər-böhtan yazmaq, barəsində əsassız açıqlamalar dərc etdirmək əslində heç bir qanuna sığmır. Həmçinin, belə bir xanımın illərlə qazandığı nüfuzuna xələl gətirməyə çalışmaq, heç bir fakta, sübuta əsaslanmadan şantaj xarakterli məlumatlar yaymaq və s. onu sübut edir ki, məqalə müəllifləri çirkin məqsədlərə xidmət edirlər. Apardığımız araşdırma zamanı o da məlum oldu ki, əsassız açıqlamalar dərc edən saytlar bəzi vəzifə sahiblərinin sifarişlərini yerinə yetirir, amma onu dərk etmirlər ki, onlar heç də uzağa gedə bilməyəcəklər.
Bakı şəhəri Nəsimi rayon 111 nömrəli tam orta məktəbin direktoru Jalə xanım Hacıyevanın
daşıdığı vəzifə, heç də sıradan bir vəzifə deyil. Açıq şəkildə qeyd edək ki, gördüyü işlərlə, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinin etimad və etibarını qazanan, həyata keçirdiyi idarəçiliyi bəlkə də çoxlarına örnək olan bu şəxslə bağlı tənqidi açıqlamalar dərc etməzdən öncə fikirləşmək lazımdır ki, ağa ağ, qaraya qara demək lazımdır.

“Qala Sığorta”dan şikayət - İmişli sakinini get-gələ salır, avtomobilə dəyən ziyanı ödəmir - FOTOLAR
“Qala Sığorta”dan şikayət - İmişli sakinini get-gələ salır, avtomobilə dəyən ziyanı ödəmir - FOTOLAR
Saeid Nakhjavani vergidən necə yayınır?
Saeid Nakhjavani vergidən necə yayınır?
Naxçıvan Həmkarlar İttifaqından ŞİKAYƏT: “İdarə və müəssisələrdə həmkarlar adına yığılan pullardan işçilər heç cürə yararlana bilmir. "
Naxçıvan Həmkarlar İttifaqından ŞİKAYƏT: “İdarə və müəssisələrdə həmkarlar adına yığılan pullardan işçilər heç cürə yararlana bilmir. "
KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib?-VİDEO
Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib?-VİDEO
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir?
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir?
Azərbaycanda sosial müavinətlər artırılıb
Azərbaycanda sosial müavinətlər artırılıb
Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq
Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq