kanal1

Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT - FOTO, VİDEO

Tarix:4-10-2024, 12:26
Baxış Sayı:1


Ağcabədi rayonu, Boyat kənd Uşaq Musiqi Məktəbinin müəllimləri - Qarayev Şamil İlham oğlu və Qarayev Ramil İlham oğlu - tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər saytımız vasitəsilə Prezident İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyəvə və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət ünvanlayıblar. Onların müraciətini olduğu kimi dərc edirik:

“Yazıb bildirmək istəyirik ki, müəllim işlədiyimiz Boyat kənd Uşaq Musiqi Məktəbinin direktor əvəzi Əhmədova Şahnaz Seymur qızı, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov və baş mühasib Adilov Zaur Adil oğlu ciddi qanun pozuntuları həyata keçirirlər. Onlar bizim haqlarımızı pozmaqla məşğuldurlar.

Şikayətlərimizdən və etirazlarımızdan qəzəblənən Qalib Həsənov və onun tabeçiliyində olan Boyat kənd Uşaq Musiqi Məktəbinin direktor əvəzi Şahnaz Əhmədova bizi açıq şəkildə təhqir etməkdən və hədələməkdən çəkinmir. Halbuki, onlar çoxsaylı qanun pozuntularına yol veriblər. Həmin faktlardan bəzilərini nəzərinizə çatdırırıq:

1.2021-ci ildən bizim işlədiyimiz Boyat kənd Uşaq Musiqi Məktəbində payız-qış mövsümü üçün ayrılmış yanacaq materialları məktəblərə verilməmiş və sinif otaqlarının qızdırılması demək olar ki, çox yarıtmaz vəziyyətə salınmışdır.

2. Son 5 il ərzində bizim işlədiyimiz məktəblərdə sinif otaqları üçün texniki avadanlıqların (masa və oturacaqların, dərs və dəftərxana ləvazimatlarının verilməsi) və musiqi təminatı yerinə yetirilməmişdir.

3. Dərslərin tarifləşmə üzrə bölgüsü düzgün həyata keçirilmir.

4. Son 5 il ərzində bizim işlədiyimiz məktəblərin əsaslı təmiri həyata keçirilməmiş və büdcədən ayrılan vəsaitin təyinatı üzrə istifadəsi icra edilməmişdir.

Cənab Prezident!

İnanırıq ki, Qarabağ Regional Mədəniyyət İdarəsinin və işlədiyimiz Ağcabədi rayon Boyat kənd Uşaq Musiqi Məktəbinin fəaliyyətinin yoxlanılması üçün qətiyyətli və sərt göstərişlər verəcəksiniz”.

Müəllimlərin şikayəti ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Məsələnin araşdırılacağə bildirildi.





“Bazarstore” satılan bu makaronlarda təhlükəli maddə aşkarlanıb?
“Bazarstore” satılan bu makaronlarda təhlükəli maddə aşkarlanıb?
Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları
Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları
Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
 Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video