Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır!
Heydər Əliyev,
Azərbaycan Respublikasının Ümummilli Lideri
Son zamanlar respublikamızda aparılan ardıcıl siyasətin nəticəsi olaraq nəqliyyat sektorunda da uğurlar əldə olunmaqdadır. İnkişaf edərək iqtisadi cəhətdən qüdrətlənən dövlətimizdə aparılan yenidənqurma işlərində yeni yolların çəkilişi, körpülərin salınması, yeraltı keçidlərin quraşdırılması birbaşa nəqliyyat sektorunun işinə təsir edən amillərdəndir. Bu işdə yol-nəqliyyat hadisələrinin azalmasına, sürücülərin və piyadaların qanun pozuntusuna yol verməməyə xidmət edən hallarla bərabər, DYP-nin də əvəzsiz xidmətləri az deyildir.
Baş verən hadisələrə diqqət yetirdikdə görürük ki, DYP- əməkdaşları işini günün tələbləri səviyyəsində qurur, qanunun aliliyini rəhbər tutaraq fəaliyyət göstərirlər. Bütün bunlar Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general mayoru Ramiz
Məhəmmədəli oğlu Zeynalovun işgüzar tələbkarlığının nəticəsidir. Lakin bəzi hallarda istər sürücülər, istərsə də bəzi piyadalar tərəfindən yol hərəkət qaydaları bilərəkdən və ya bilməyərəkdən pozulur, təhlükəli vəziyyət yaradılır. Belə hallarda bəzi Yol Polisi əməkdaşları da hər hansı bir qanunsuz əməllərə yol verir. Əlbəttə, belə hadisələr ümumiyyətlə, bütün yol polisi əməkdaşlarının adına xələl gətirə bilər.
DYP -əməkdaşlarının işi çox məsuliyyətlidir.Çünki aparılan abadlıq-quruculuq işlərində yaranan yol-nəqliyyat tıxacları narahatlığa əsas yaradır. Bunu görüb dəyərləndirmək, YP-əməkdaşlarının əməyini qiymətləndirmək lazımdır.
Yalnız paytaxt Bakı şəhərində deyil, respublikamızın bütün bölgələrində də DYP-işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər
Qanun hamı üçündür!
Həyatda qanuna tabe olmayan insan xeyir tapa bilməz!
Odur ki, hamımız qanuna tabe olmalıyıq!
Mən özümün və saytımızın bütün yaradıcı kollektivi adından Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazov
başda olmaqla, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi
polis general mayoru Ramiz Zeynalovu, Naxçıvan Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Mais Məmmədovu
və bütün YP-əməkdaşlarını qarşıdan gələn 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, uzun ömür, arzulayır, Müstəqil dövlətimizin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi çətin və şərəfli peşəsinin uğurlu olmasını, Azərbaycanımızın tərəqqisinə öz töhfəsini verməsini diləyirəm.
Bir daha bayramınız mübarək!